Архив тегов | sonetlər

MİKELANCELO. «UZUN İLLƏR BOYU VURMUSAN MƏNƏ…»

Uzun illər boyu vurmusan mənə,

Ölümcül yaralar min dəfə bəlkə.

Deyirsən ki, indi saçım ağ ikən,

Sənin vədlərinə uyaram yenə?

 

Şiddəti ağırdı əsirliyimin.

Ağrısı ovunmur hələ bədəndə
Özümə qayıda bilirəm nə də,

Yusa da gözümün yaşı sinəmi.

 

Sənsənkədərimin səbəbi sənsən, Amur

Daha aldanmaram — ox alıb ələ,
Boşluğa atmağın nə mənası var?

 

Qurd yanmış ağacdan nə isə umur?

Qaçar yerişdə də zəifsə belə,
Onunla yarışa axı kim çıxar?

 

italyancadan tərcümə

22. 04. 2026, Samara

+++++++++++++++++

Michelangelo Buonarroti

 

I’ fu’, già son molt’anni, mille volte
ferito e morto, non che vinto e stanco
da te, mie colpa; e or col capo bianco
riprenderò le tuo promesse stolte?

Читать далее