The White Man’s Burden
Birləşmiş Ştatlar və Filippin
Götür Ağ adamın ağır yükünü
Yığ oğullarını, yolla qürbətə,
Getsinlər ən nəcib törəmələrin,
Əsirin olana çətin xidmətə;
Zirehli, silahlı yol gedər onlar,
Ürkək, həm də vəhşi xalqa çatınca.
Sənə təzə əsir düşən adamlar
Yarı uşaqdılar, yarı da şeytan.
Götür Ağ adamın ağır yükünü –
Səbirlə, əzmlə gərək dözəsən,
Terror hədəsinə məhəl qoymadan.
Və ləyaqət göstər hər bir halda sən;
Nitqini həm sadə, həm açıq elə
Yüz dəfə təkrarla, üzülsən necə.
Özgənin xeyrinə yönəlt səyini,
İşlə, başqası da yesə qazancı.
Götür Ağ adamın ağır yükünü
Barışın amansız və qanlı hərbi –
Aclığın qarnına tök boğazacan,
Çalış, kəs kökündən xəstəlikləri;
Məqsədə yetməyə az qalan zaman,
Yeni çağırışlar durmadan axtar,
Ayıq ol, Tənbəllik, birə Mövhumat,
Bütün ümidini heçə çıxarar.
Götür Ağ adamın ağır yükünü –
Bu, kral həyatı deyil möhtəşəm
Daimi xidmətdir, ağır və həqir –
Bu nağıl hamıya məlum həmişə.
Girməzsən tikdiyin limanlara sən,
Çəkdiyin yollarla gedər özgələr,
Bütün həyatını sərf elə yarat,
İşinə ölümün bir gün ad verər.
Götür Ağ adamın ağır yükünü:
Bil ki, nə olacaq mükafatın da:
Qınar qayğısına qaıdığın səni,
Nifrət də duyarsam qoruduğundan –
Sənin can yandırıb bir vaxt işığa,
Çıxardıqlarının qəzəbli səsi:
“Niyə köləlikdən qopardın bizi,
Hanı sevdiyimiz Misir gecəsi?”
Götür Ağ adamın ağır yükünü —
Aza qane olub ancaq enmə sən —
Çalışma azadlıq şüarlarıyla
Öz zəifliyini pərdələyəsən;
Sənin harayınla, pıçıltınla da,
Qoyub getdiyinlə, əməllərinlə,
Bu dinib-danışmaz, qaraqabaq xalq,
Səni və Tanrını dəyərləndirər.
Götür Ağ adamın ağır yükünü –
Qaldı uşaqlıq tək uzaqda indi —
Şəninə söylənən səmimi tərif,
Asan qazanılan dəfnə çələngi.
Kişiliyə doğru gedəsən gərək,
Qədirsiz illərin yarıb layını
Qanın soyuq qalar, dolarsan ağla,
Sənə çağdaşların dəyər verəcək.
1899
İngiliscədən tərcümə
02-04.04 2019, Samara
QEYD: Şeir Filippinin, Puerto-Rikonun və başqa İspaniya ərazilərinin ABŞ tərəfindən tutulmasıyla bağlı hadisələrin təsiriylə yazılıb
The White Man’s Burden
THE UNITED STATES AND THE PHILIPPINE ISLANDS
Take up the White man’s burden —
Send forth the best ye breed —
Go bind your sons to exile
To serve your captives’ need;
To wait in heavy harness
On fluttered folk and wild —
Your new-caught, sullen peoples,
Half devil and half child. Читать далее