ŞAİR EMİL MEHDİYEV HAQQINDA XATİRƏ: RƏSUL RZA «KOSOY DOJDU» NECƏ «KÖNDƏLƏN YAĞIŞ»A ÇEVİRİB…

RASUL_RZA

M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin filologiuya şöbəsində mənimlə oxuyanlar arasında Emil Mehdiyev də vardı. Yaşını dəqiq bilmirəm, yəqin 35-40 arasında olardı. Emil Mehdiyev uşaq şeirəri yazırdı, bir neçə kitabın müəllifi, Yazıçılar İttifaqının üzvü idi. 225 nömrəli orta məktəbdə keçən dərslərə Emil Mehdiyevi arvadı gətirirdi, çünki şair hər iki gözündən kor idi…

Emil Mehdiyevlə mən son kurslarda az-çox yaxından tanış oldum, hərdən tənəffüslərdə söhbət edərdik. Təzə çıxmş bir kitabçasını da mənə yazıb bağışlamışdı.

Bir dəfə Rəsl Rzadan söz düşdü. Emil onu təriflədi, “Bakı” şeirini nümunə gətirdi.

“Qarı, çiskin, yağışı,
Əyri, köndələn Bakı…”

“Gör nə deyib? Köndələn yağış! Bu, tapıntıdır!” – Emil vəcdlə deyir və ağ, zərif dərili üzü işıqlanırdı…

Emillə razılaşıb mən də vəcdə gəldim və həmin gün yatanacan fikir içində oldum ki, şairlər belə bənzətmələri hardan tapırlar…

Bir neçə ildən sonra Moskvaya düşdüm və üç il orda yaşadım. Moskvada da yağış çox yağır. Hər cüründən. Gördüm ki, ağıldan zirək ruslar hər yağışa cürbəcür adlar qoyublar. Məsələn yağışın bir növünə “kosoq dojd” deyirlər…

Yəni “köndələn yağış…” Rəsul Rza ruscadan çevirib…

Bu günlərdə Emil Mehdiyevi xatırladım. İnternetdə axtardım – yoxdur. Başqa Emil Mehdiyevlər var, ancaq mən axtaran yoxdur. Bir kəlmə də ondan yazmayıblar. Bir kəlmə də! Vikipediyada yüzlərlə binamus, şərəfsiz azərbaycanlı haqqında məqallələr yazıb qoyublar, hətta «qanun oğruları» haqqında məqalələr var. Tanınmış uşaq şairi hamının yadından çıxıb…

Ancaq “Bakı” şeirini tapdım…

Oxudum, gördüm elə maraqlı olan “köndələn yağışdır”. Qalanı cəfəngiyyatdır.

“Qızınmışam qışında,
Donmuşam baharında”.

Bunu oxucu necə başa düşməlidir?

“Hər havası, hər fəsli,

Başqa bir aləm Bakı”.

Burda Bakıya aid nə var? Bunu hər şəhər haqqında demək olar, hərçənd deməmək yaxşı olar.Necə yəni “hər havası başqa bir aləm”? Sən mənə Bakı havasını göstər, nala-mıxa vurma!

“Yarpaqların, güllərin,

Niyə hərdən nəm olur?”

A kişi, necə yəni niyə? Yağış yağır, ona görə! Camaata bağlamısan?!

“Sinəndə qatar-qatar,

İşıq karvanları var”.

Karvan elə qatar deyilmi? Yox, sən öləsən, bu da millətlə Səməd Vurğunun oyununu oynayır. Basməmmədi eləyib gedir…

“Şöhrətini adını,
Daim qoruyan Bakı…”
Bakı şöhrətini (varsa) necə qoruyur? Yox, sən konkret de, bilək ki, nəyi nəzərdə tutursan!

“İftixarım, öyüncüm,

Qələbəm, zəfərimsən”…

Ruslar buna söz qarınağrısı deyirlər. (slovesnı ponos) Yəni söz su kimi məlum yerdən

axıb tökülür…  Burda bakılıq nə var?

“Hər millətdən, hər eldən,
Sənə mehr salan var…”

Bu, düzdür. Bakıda erməni çox idi…

Elim, günüm, məskənim,

Eşqim, hərsətim Bakı…”

Burda da Bakı yoxdur…”Yurdum, yuvam, məskənim…” Biri Azərbaycana deyirdi, biri Bakıya…Hamısı bir-birinin tayı…

Nahaq başımızı ağrıtmayaq…

Mən Emil Mehdiyevdən danışmaq istəyirdim. İstiqanlı adam idi… Bir dəfə “Ədəbiyyat nəsəzriyyəsi” müəllimi Təhsin Mütəllibov ondan soruşdui: “Emil, uşağınız var?” Emil həmişəki kimi astadan, kübar səslə dedi ki, uşağı yoxdur. Təhsin Mütəllibov tragikomik tonla: “Neynək, mən yazıq heç evlənməmişəm ki…”

Bilmirəm, Təhsin Mütəllibov sonralar evləndi ya yox…

05.12. 2018

Samara

Реклама