Remords posthume
Gələr zaman, uyuyarsan, mənim əsmər gözəlim,
Qara mərmərdən olan abidənin altında.
Daha dünyada sənin mənzilin də, taxtın da,
Bir məzardır ki, damından sızıb yağış süzülər.
Əzər məzar daşı o vaxt sənin ürkək sinəni,
Böyür-başın sıxılıb yumşalar və incələr həm.
Susar, döyünməz ürək, arzun, istəyin keçinər,
Ayaqların daşımaz indi kef dalınca səni.
Sirdaşım, arzularımdan tamam xəbərli məzar,
(Şairi yaxşı kim anlar ki, məzardan özgə)
Gələr gecə elə ki, burda yasaq yatmaqsa:
Sənə deyər: Kimə nə indi, günahkar dilbər,
Xəbərin olmayıb sənin ki, ağlayır ölü də.
Elə peşmanlığın kimi səni qurdlar da didər.
Fransızcadan tərcümə
23-24.04.2018
Samara