UİLYAM ŞEKSPİR. 125-Cİ SONET

sonnet-125.jpg
          Were’t ought to me I bore the canopy

Çiynimə alaraq taxt-rəvanı,

Ehtiram göstərsəm, bunda nə önəm?

Özüllər ya qoyam uzaq zamana,

Bilirkən xaraba qalacaq hökmən.

 

Görmüşəm görkəm və cəlal sevənlər,
Sərvət itiriblər bu ehtirasdan.

Sadədən yayınan miskin bəxtəvər.
Ləzizə xərcləyib nəyi vardısa.

 

Ver mənə qəlbində həqiranə yer,

Sadə və səmimi hədiyyəmi al.

Nə saniyə sayar, nə hiylə bilər,
Ancaq əvəz kimi özünü qaytar.

                            

                          Muzdlu xəbərçi, get! Sadiq insanı,

                         Gözdən sala bilməz sənin böhtanın.

İngiliscədən tərcümə

21.04.2018

Samara

Реклама