TƏNDİR

TƏNDİR.png

Ərəbqardaşbəyli, 1960-cı illər

 

Çörək satılmazdı o vaxt dükanda,

Xəmiri  təndirə hamı yapardı.

Bağçası, çəpəri olmayanın da,
Hökmən həyətində təndiri vardı.

 

 

Palçıq tutulardı bəlim qatqılı,

Qalıb qıcqırardı göyərənəcən.

Hər arvad bir memar ustalığıyla,
Təndir yaradırdı baxımlı, incə.

 

 

Təndirin yanında payıza yaxın,
Qalxlb ucalırdı odun tayası,
Yığılıb gəlirdi cüyürün şaxı,
Pambığın çöpüydü yaxşı yanansa.

 

 

Asan iş deyildi təndirə girmək,

Divarı qızarıb dönürdü közə.

Güllənib, qızarıb bişincə çörək,

Qızarır, bişirdi bişirən özü.

 

Uşaqlar təndirin həndəvərindən,
Getmirdi alınca  yağlı kökəni.

Axırdı ağzının suyu itin də,

Qapırdı, yeyirdi kütə gedəni.

 

 

Büküb basdırırdı dolma balıq da,

Təndirə, vardısa imkanı kimin,

Bir cənnət qoxusu kəndi basırdı,

Hamı acıyırdı canavar kimi.

 

 

Çətin vaxtlar idi, kasıbdı hamı,
Yavanlıq qəhətdi, qıt idi çörək.

Bir də görürdün ki, tikə qalmayıb,
Qonşulara borca gedəydin gərək…

 

 

Alıb-verərdilər çörəyi sayla,

Ancaq ötüşmürdü davasız yenə.

Xırda qaytarırdı yekəni alan,
Ya boyat verirdi təzə yerinə…

03. 02. 2019

Samara

У БЫВШЕГО ОППОЗИЦИОНЕРА БАХТИЯРА ГАДЖИЕВА ВТОРАЯ «МАЛЕНЬКАЯ СВАДЬБА»…

bextiyarjpg.jpeg

В Баку у бывшего оппозиционера Бахтияра Гаджиева  какие-то торжества. Похоже на «маленькую свадьбу». Судя по тому, что сам бывший оппозиционер пишет, на этот раз ему яйца удалили…