DAVİD SAMOYLOV: “EVDƏN KÜLƏK ƏSƏN VAXTI ÇIXASAN…”

David_Samoylov

                                    Выйти из дому при ветре…

Evdən külək əsən vaxtı çıxasan,
Çıxasan havanın, günün pisində.

Buludda, meşədə şölələnir dan,

Ciddi hadisələr ərəfəsində.

 

 

Soyuq və sərbəstlik. Qorxusuz, mətin.

Küləkdir. Soyuqdur. Sərbəst, azadsan.

Tökülür göylərdən sübh neməti,
Çəkdiyimi çəkdim – bəsimdir daha!

 

 

 

Çıxasan həmişə əsəndə külək,

Yurda baş əyəsən həqir duraraq.

Hazırlıq görəsən ölümə gərək,

Həyata hazırlıq gördüyün sayaq.

Ruscadan tərcümə

16-17.02. 2019

Samara

İRS

    

Nə mücrüm, nə sandığım,
Nə seyfim var yanmayan.

Yığdığım, qazandığım,

Kömpüterə toplanar.

 

 

Nə xalqa çatar irsim,
Nə də bir vərəsəyə.

Ona bir gün  virusun,
Ağzı əgər dəyərsə.

17.02. 2019

Samara