Ricard WILBUR
Advice to a Prophet
Tezliklə gələcəksən yəqin bizim şəhərə,
Göz çıxar hədəqədən, söylədiyinsə aşkar.
Demə necə düşgünük, Tanrı naminə yalvar,
Daha biz özümüzə qəddar olmayaq belə.
Danışma silahların gücündən, çeşidindən,
Uzun rəqəmlərlə də beyinləri yükləmə
Haqq-hesab başa düşməz bizim köntöy ürəklər,
Və çox qəribədir ki, qorxu da bilməz nədir.
Qorxmarıq əgər desən məhvi insanın yaxın,
Necə təsəvvür edək yoxuq biz bu dünyada? –
Günəş adi od, bitir faydasız ağac, ot da,
Daşlar da bir-birinin durub üzünə baxır?
Təbiətdən söylə sən. Anlamasaq da hərçənd
Ağılkəsməz şeyləri, təcrübədən bu, aydın,
Necə dağılır səma, qaraldır üzümü don,
Başqalanır mənzərə. İnanardıq biz yenə,
Əgər bizə desəydin elə ürkək olar ki,
Ağquyruq maral dönər tamamilə kölgəyə,
Birdən həsrət qalarıq torağayı görməyə,
Boşalar, zəifləryər şam ağacının kökü,
Soyuq qayanın üstdə və yandırar hər axın,
Ksanf necə ki, bir vaxt, bircə anda mat qalan,
Qızıl alabalığı. Delfinlər sıçramadan,
Göyərçinlər dönmədən neyləyərik biz axı,
Onlardadır insanın mahiyyəti və dili
Soruş, peyğəmbər, necə indən belə adlanar
Bizim mahiyyətimiz, həyati olan nə var,
Məhv olub gedir, ayna sınıb ya ləkələnib.
Görünərdi çiçəyi eşqimizin və safqan
Atı qeyrətimizin, ondan eşidiləridi,
Bədənsiz ruh oxuyan sisəy nəğmələri də
Təsəvvürdə nə varsa, nə varsa arzulanan.
Soruş, ürəklərimiz, soruş, dözə bilərmi,
Çiçək qalsa dünyasız; gəl cavab tələb elə
Ucalıq ya qocalıq duruş gətirə bilər
Bürünc salnamələri palıdın örtüləndə.
İngiliscədən tərcümə
23-25. 02. 2019
Samara