DAVİD SAMOYLOV
(1920-1990)
Вот и все. Смежили очи гении…
Vəssəlam. Dahi yumdu gözlərini.
Və tutulduqca, qaraldıqca səma,
İndi öz səslərimiz sanki dinir,
Yayılır ruhu çəkilmiş otağa.
Nə danışsaq — yapışıqsız və boyat,
Dumanlı, can sıxandı söhbətlər.
Bizə gör indi necə hörmət var!
Yoxdur onlar. Nə istəyirsən, elə.
Ruscadan tərcümə
15.02. 2019
Samara