ALTMIŞ ALTI

18.11. 19.jpg

Bu gündən iki kök altı yazırıq,
Desən, dil dolaşır tələffüzündə.

İki çəki daşı, dəstəyi qırıq,
Qaldırsan, aparsan üzülər bədən.

 

 

İlahi, niyə mən? Nə görkəmim var,
Nə də ləyaqətim. Həqir, miskinəm.

Gərəkli adamlar, zirək adamlar,
O qədər gedir ki…Mən nəyəm, kiməm?

 

 

Nazım çəkilməyib körpəliyimdə,
Başım uşaq vaxtı görməyib sığal.
Qarğış eləyiblər mənə o qədər,

Gərək yox olaydım əlli il qabaq…

 

 

Zəmi bəsləmədim, bağ becərmədim,

Əmələ gəlmədi, nə zəhmət çəkəm.

Qoşduğum, yazdığım içərimdədir,
Bilmirəm hardadır millətim, ölkəm…

 

 

Sənəmi danışım günahlarımdan?

Hər şeydən xəbərli sən deyilmisən?

Niyə bəs gecikir sorğu, imtahan?

Ah, bu uzun ömrün sirrini bilsəm…

 

18.11. 2019, Samara