Архив | 27.07.2021

MARŞALİSSİMUS? QAZILARIMIZIN BAŞINA HAVA GƏLİB…

Dünyada ən azad mətbuat olan Azərbaycan mətbuatı  xəbər verir ki, Azərbaycan qazıları İlham Əliyevə «marşalissimus» rütbəsi verməyi təklif ediblər.

Məşədi İbad demişkən, gedin, gedin qazıya deyin…

Yox , bu misal vecə gəlmədi.

Yadıma düşdü: Məşədi İbad demişkən, çox gözəl, çox pakizə…

Bir məsələ var: bu rütbəni kim verəcək? Rütbələri İlham Əliyev vermir? İndi durub deyəcək ki, mən marşalissimusam? Nəyə görə? Çünki qazıların başına hava gəlib?

Mirzə Əlil bir ekspert kimi sizə deyə bilər ki, marşalissimus rütbəsini Azərbycan prezidentinə dünyada ancaq bir adam verə bilər, o da Türkmənistan qırmızıdərililərinin rəhbəri Qurbanqulu Berdiməhəmmədovdur.

Ay qazılar, bəs siz belə qazısınızsa, niyə demirsiniz ki, yeganə qadın şəhid Arəstəyə nə üçün  bir orden də verilməyib? 

On səkkiz yaşlı sütül uşaqlar həlak olublar, onlara üçüncü dərəcəli dəmir medal verilib. Bu sizin qazı qeyrətinizə toxunmur?

Vallah, ayıbdır! Vuruşmusunuz, yara almısınız, əlil olmusunuz, ancaq qanacağınız yoxdur…

Bəlkə bu təklifi sizə dedirdən var? Kimdir o qurumsaq? Kimdir dünyanı azərbaycanlılara güldürən arsız və şərəfsiz?

Gül kimi qələbəni belə sarsaq təkliflərlə …-a döndərməyin…

Generalissimus Stalinin çopuruna and olsun!

Mirzə ƏLİL

24.07. 2021, Samara

HENRİX HEYNE. «ÇOXDU SEVGİMİZDƏ DUYĞU VƏ HƏVƏS…»

Çoxdu sevgimizdə duyğu və həvəs,

Yola da gedirdik çox gözəl hərçənd.

Oynardıq “Ər-arvad” oyunu tez-tez,
Nə döymək olardı, dalaşmaq  nə də.
Birgə keçirərdik günü gülüşlə,
Başa çatdırardıq şirin öpüşlə.

Uşaq həvəsinə uyub bir dəfə,
Gizlənpaç oynayan gördülər bizi.

Yaxşıca gazləndik yaxşıca yerdə,
Bir daha tapmarıq bir-birimizi.

almancadan tərcümə

24. 07. 2021, Samara

=================

Wir haben viel für einander gefühlt,
Und dennoch uns gar vortrefflich vertragen.
Wir haben oft „Mann und Frau“ gespielt
Und dennoch uns nicht gerauft und geschlagen.

Wir haben zusammen gejauchzt und gescherzt,

Und zärtlich uns geküßt und geherzt.
Wir haben am Ende, aus kindischer Lust,
„Verstecken“ gespielt in Wäldern und Gründen,
Und haben uns so zu verstecken gewußt,

Daß wir uns nimmermehr wiederfinden.