Архив | 28.07.2021

HENRİX HEYNE. «BİR DƏFƏ OTURUB ÇAY İÇİRDİLƏR…»

Bir dəfə oturub çay içirdilər,
Sevgidən gedirdi söhbət əsasən.

Kişilər hamısı estet idilər,
Ürəyi incəydi hər qadınınsa.

Söyləyir inamla arıq müşavir:

Sevgi platonik olmalı, məncə,

Müşavir arvadı buna irişir,
Hərçənd ah çəkərək deyir: “Bəs necə…”

Ruhani ağzını geniş açaraq,

Deyir: “Sevgi gərək kopud olmaya,

Ondan ziyan gəlir bədənə ancaq”.

Subay qız astadan deyir: “Ah, niyə?”.

Qrafinya deyir  fikirli, üzgün:

“Məhəbbət əslində bir ehtirasdır”.

Sonra fikirli də isti çay süzür,

Fincanı uzadır barona sarı.

 

Boş qalan yer vardı süfrə başında

Sənin yerin idi, əzizim, o da,

Olsaydın, ən yaxşı sən danışardın,
Elə öz sevgindən, gözəlim, orda.

 

        Almancadan tərcümə

27.07. 2020, Samara

================

 Sie saßen und tranken am Theetisch,
Und sprachen von Liebe viel.
Die Herren, die waren ästhetisch,
Die Damen von zartem Gefühl.

Die Liebe muß seyn platonisch,
Der dürre Hofrath sprach.
Die Hofräthin lächelt ironisch,
Und dennoch seufzet sie: Ach!

 Der Domherr öffnet den Mund weit:

Die Liebe sey nicht zu roh,
Sie schadet sonst der Gesundheit.
Das Fräulein lispelt: wie so?

Die Gräfin spricht wehmüthig:
Die Liebe ist eine Passion!

Und präsentiret gütig
Die Tasse dem Herren Baron.

Am Tische war noch ein Plätzchen;
Mein Liebchen, da hast du gefehlt.
Du hättest so hübsch, mein Schätzchen,

Von deiner Liebe erzählt.