Архив | 24.07.2021

HENRİX HEYNE. «VƏ ARVADIM OLSAN SƏN MƏNİM ƏGƏR…»

Və arvadım olsan sən mənim əgər,
Çoxu az qalar ki, həsəddən ölə.

Kefdə, əyləncədə günlərin keçər,
Həzz nə qədər desən, sevinc də elə.

Əgər əsib-coşsan ya da deyinsən,
Səbrimi basaraq dözərəm həqir.

Ancaq hər şeirimə tərif deməsən,
Səni yubanmadan boşayaram, bil.

almancadan tərcümə

22.07. 2020, Samara

Und bist du erst mein eh’lich Weib,
Dann bist du zu beneiden,
Dann lebst du in lauter Zeitvertreib,
In lauter Plaisir und Freuden.

Читать далее

SƏMƏD VURĞUN: «AĞIR FİKİRLƏRƏ DALMIŞ ŞAUMYAN… QAFQAZIN QARTALI…»

İndi xəbər verim oxucuma mən

O “millət rəhbəri” Rəsulzadədən;

Toplamış məscidə müsəlmanları,

Yağlı vədələrə tutmuş onları;

Deyir: “Türkiyəni çağıraq gərək,

Bizə kömək olsun,  qılınc çəkərək,

Parlasın ədalət, mehri-hürriyyət,

Ucalsın göylərə şəfəqi-millət!..”

— Şarlatan

— Afərin

— Rəhbərə bir bax!..

— Vətəni yadlara bunlar satacaq!..

— Bir dayan!

— Nə dedin?

— O bir xaindir,

Sözünün pərdəsi millətdir, dindir…

Məscidi doldurur haray, qışqırıq,

Qarğış, hədələmə, söyüş, fışqırıq.

Mədənlər övladı cəsur bir insan

Yerindən sıçrayıb, danışır alan:

— “Ay rəhbər!” bəri vax! Çox 

                                           Lovğalanma

Çoşub, dəniz kimi heç dalğalanma!

Burnunu görürük bu pərdələrdən;

Ağzın köpüklənir danışanda sən. 

Süzüb gözlərini, qaşını çatma,

Ölkəni aldadıb, yadlara satma!

Yetər danışdığın millət adından,

Millət yuvasında ölür acından!

Bu yurdu talayan, dağıdan da siz,

Bugün- sabahlıqdır səadətiniz!”

Qoçular bürüyür bizim yoldaşı,

Kəsirlər xəncərlə düşünən başı,

Qoyulur köhnə bir divar üstünə…

Hörmət o yoldaşa, nifrət o günə!

……………………………………………………………

Ağır fikirlərə dalmış Şaumyan,

Xəyalı göyləri hey yara-yara,

Əlvida söyləyir qaranlıqlara…

Читать далее