Архив | 31.07.2021

HENRİX HEYNE. «GÖZƏL BALIQÇI QIZ…»

Qayığını sahilə,
Gözəl balıqçı qız, çək,

Ver mənimlə əl-ələ,
Oğrun-oğrun öpüşək.

—

Başını qoy sinəmə,
Əbəsdir bu qorxmağın.

Hər gün dənizə bəs sən,
Çıxırsan ki arxayın.

—

Sinəm dənizə bənzər,
Min hala düşməyi var.

Gözəl, nadir incilər,
Onun dibində yatar.

Almancadan tərcümə

30. 07. 2020, Samara

================

Du schönes Fischermädchen,

Treibe den Kahn ans Land;

Komm zu mir und setze dich nieder,

Wir kosen Hand in Hand.

Читать далее →