Архив | 29.07.2021

HENRİX HEYNE. «ƏGƏR SƏNİ QADIN ATSA HAÇANSA…»

Əgər səni qadın atsa haçansa,
Sən də başqasını tez tapıb görüş.

Şəhərdən çıxmağın yaxşıdır daha,

Çantanı dalına atıb yola düş.

—
Gələrsən bir mavi göl qırağına,
Sular söyüdlərin çevrəsindədir.

Otur bir az ağla ayrılığına,

Unut xiffəyinin səbəbi nədir.

—

Dağa dırmanmağa etsən əgər cəhd,
Ağrıyar, inlərsən üzülərək sən.

Fəth etsən qayalı zirvəni fəqət,
Qartal qıyyaları eşidəcəksən.

—

Qartala dönərsən orda özün də
Elə bil təzədən doğulmusan sən.

Dəyişər keçmişin sənin gözündə,

Görərsən çox şey də itirməmisən.

1852

Almancadan tərcümə

28.07. 2021, Samara

==================

Wenn dich ein Weib verraten hat,
So liebe flink eine Andre;
Noch besser wär es, du ließest die Stadt –
Schnüre den Ranzen und wandre!

Читать далее →