Архив | 01.11.2021

CORC BAYRON. PEYĞƏMBƏR DEYİR Kİ, FƏNADIR HƏR ŞEY

(YƏHUDİ NƏĞMƏLƏRİ»NDƏN)

Şöhrət, Hikmət, Sevgi, Hakimiyyət həm,
Varımdı, sağlamdım, cavandım həm də.

Camım al şərabla doluydu hər dəm,

Gözəllər cəm idi həndəvərimdə.

Qızırdı gözəllik günəşiylə qan,

Duyurdum incəlir beləcə ruh da.

İnsan arzu edən, Yerdə tapılan

Hər nemət var idi ixtiyarımda.

İndi yaddaşımı edib səfərbər,
Axrtarır, seçirəm xatirələrdən,
Bilim ki, günlərin neçəsi dəyər,
Təzədən yaşamaq arzulayam mən.

Nə elə gün oldu, nə elə saat,
Acı qatılmasın aldığım həzzə;

Hakimiyyətimdə ən cəlallı vaxt,
Səbəb tapılırdı kefimi poza.

Çöllərin ilanı vuran ziyandan,
Qurtarar səriştə, cadu insanı.

Necə rədd eləyər, lap ola sultan,

Ürəyin başında yuva salanı?

Nə Hikmət gücüylə o yeniləndir,

Musiqi səsiylə  nə ovsunlanar.

Neştəri sancacaq indi, əbədi,
Zülmün nə əvvəli, nə də sonu var.

1815

ingiliscədən tərcümə

31.10 – 01.11. 2021, Samara

===============================

GEORGE BYRON

All Is Vanity, Saith the Preacher

(From «Hebrew Melodies»)

Fame, Wisdom, Love and Power were mine,

And Health and Youth possessed me;

My goblets blushed from every vine,

And lovely forms caressed me; Читать далее