Архив | 14.11.2021

ALFRED DE MÜSSE. KƏDƏR

Düşmüşəm qüvvədən, həyatım bitib,
Gedib dostlarım da, gülmürəm bir an;

Məndə öz dühama inam yaradan,

Qürurum nə vaxtdan tükənib, itib.

Əvvəl Həqiqətlə üzləşən zaman
Deyirdim ən yaxın dostum olacaq,

Dərindən anlayb duyandan ancaq,
Tamam çiyrinibdir ürəyim ondan.


Hərçənd əbədidir Həqiqət olan,
Ondan uzaqlaşan, onsuz dolanan,
Cəhalət içində yaşayar hökmən.


Cavab verməliyik, Tanrımız dedi.
Mənə bu dünyada nə qalır indi? —

Düşünmək, göz yaşı axıtmaq hərdən

fransızcadan tərcümə

13-14.11. 2021, Samara

========================

Alfred de MUSSET
Tristesse

J’ai perdu ma force et ma vie,
Et mes amis et ma gaieté;
J’ai perdu jusqu’à la fierté
Qui faisait croire à mon génie.
Читать далее