REDYARD KİPLİNQ. SUAL

Qardaşlar, siz deyin, neyləyərəm mən

Müharibə sona yetişən zaman

Sübut eləsələr hamıya birdən,
Dünyanın məhvinə səbəb insanam?

—

Bilinsə verdiyim bütün bu xeyrin,

Sonra da nə xeyir verəcəyəm ya,

Haqqı ödənibdir mənə neçə min
İnsanın qanıyla, iztirabıyla?

—

Qurban getməliydim bəlkə də təkcə,

Məhvimlə bəşərə olum xilaskar.

Baxdım gözüyumlu getdilər necə,
Ancaq açıq gözlə öldülər onlar.

—

Onlar demədilər sən də qılınc çal

Tale sınağına durub dözərkən.

Məndən gözləniən söz idi ancaq,

Dedim tanımıram onlarısa mən.

—

Döyüşlər yatanda bilinsə əgər,
Onlar ölüblər ki, azad olum mən,

Yaşaya bilərəm illəri məgər,
İllər alınıbsa qanla, ölümlə?

—

Qardaşlar, siz deyin, neyləyərəm mən,

İndi müharibə bitən zamanda,
Sübut olunsa ki, mənim üzümdən,
Dünya da, bəşər də tamam virandı —

Mən o insanam ki, bilinsə birdən,
Xahişi rədd etdi sınaq anında?

1916

 ingiliscədən tərcümə

07-09.11. 2021, Samara

QEYD: Bu şeir 1916-cı ildə, Avropadan gedən müharibəyə

Amerikanın münasibətinə qınaq kimi yazılmışdır. 1917-ci ildə, nəhayət,

Birləşmiş Ştatlar Birinci Dünya müharibəsinə qatıldı.

Şeir həmçinin cəbhədən yayınmış insanın vicdan əzablarının

ifadəsi kimi də başa düşülə bilər.

Şeir ilk dəfə “Neytral” (“The Neutral») adı ilə map olunub.

===============================

RUDYARD KİPLİNG

The Question

Brethren, how shall it fare with me

  When the war is laid aside,

If it be proven that I am he

  For whom a world has died?

—

If it be proven that all my good,

  And the greater good I will make,

Were purchased me by a multitude

  Who suffered for my sake?

—

That I was delivered by mere mankind

  Vowed to one sacrifice,

And not, as I hold them, battle-blind,

  But dying with open eyes?

—

That they did not ask me to draw the sword

  When they stood to endure their lot —

That they only looked to me for a word,

  And I answered I knew them not?

—

If it be found, when the battle clears,

  Their death has set me free,

Then how shall I live with myself through the years

Which they have bought for me?

—

Brethren, how must it fare with me,

  Or how am I justified,

If it be proven that I am he

  For whom mankind has died —

If it be proven that I am he

  Who, being questioned, denied?