İlham pərisi deyil, yox, ağzına su alan,
Şirin yuxu aparıb bahadırı çox güman.
Və mavi yaylığını arxasınca yelləyən
buxar çarxı tək çıxır sinəsi üstə birdən.
—
Sözlər çətin ki. yenə ikiqat olub durar,
meşədəki sıraya necə dönməz odunlar.
Və balışın üzündə gözləri üz dağıdar
dağılar yumurtalar necə axıb tavada.
—
Sənə daha istimi altı ədyalın altda
yatarkən? –Tanrı keçsin günahdan – o yataqda
balıq hava udan tək yaş dodaqlarımla mən
tapıb qamarlayırdım nə idisə sən olan.
—
Sifətimə tikərdim dovşan qulaqları da,
səndən ötrü meşədə qurğuşun da udardım,
Çürük kötüklə dolu göldə önündə ancaq,
elə çıxardm, mənə həsəd çəkərdi “Varyaq”.
—
Tale beləymiş demək, yaş da ötübdür daha,
Ayıb olar ki, desəm tüküm ağarıb harda.
Damarlar uzanıbdır, dolmağa qansa çatmır,
Fikirlər əyri-üyrü qurumuş koldan artıq.
—
Ayrılırıq səninlə, əzizim, həmişəlik.
Kağızın üzərində sadəcə bir çevrə çək.
Elə mənəm bu çevrə: heç nə yox içindəsə
Bir az baxarsan ona, sonra isə silərsən.
1980
Ruscadan tərcümə
21-22. 05. 2022, Samara
Qryd: Bu şeirlə İ. Brodski Leninqradda ilk böyük məhəbbəti olmuş Marianna Basmanova ilə xəyalən vidalaşır. Şeiri müəllif özü həmin il ingilis dilinə tərcümə etmiş (“It’s not that the Muse feels like clamming up”) və orijinalda adsız olan əsəri “Folk Tune” – “”xalq nəğməsi” adlandırmışdır.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ИОСИФ БРОДСКИЙ
М.Б.
То не Муза воды набирает в рот.
То, должно, крепкий сон молодца берет.
И махнувшая вслед голубым платком
наезжает на грудь паровым катком. Читать далее