Архив | 10.05.2022

RAYNER MARİA RİLKE. “SÖZLƏRİNDƏN MƏN YAMAN QORXURAM….”

Sözlərindən mən yaman qorxuram adamların
Hər şeyi açıq-aydın elə söyləyir onlar:

Bax, bunun adı “it”dir, bu isə “ev” adlanır,
Bax, “başlanğıc” burdadır, bax, orda isə “son” var.

—

Qorxudur zəkaları, kinayələri belə,

Bələddirlər keçmişə, bilirlər indi nə var.

Dünyada elə dağ yox, heyran olalar onlar,

Həmsərhəddir mülkləri Tanrı səltənətiylə.

—

Xəbərdarlıq edirəm həmişə: uzaq olun!

Nəğməsidir şeylərin xoş gələn qulağıma.

Toxundunuzmu: donuq və lal olarlar hökmən.

Beləcə itirərəm onlardakı sehri mən.

1899

almancadan tərcümə

09-10. 05. 2022, Samara

++++++++++++

RAİNER MARİA RİLKE

Ich fürchte mich so vor der Menschen Wort

Ich fürchte mich so vor der Menschen Wort.
Sie sprechen alles so deutlich aus:
Und dieses heißt Hund und jenes heißt Haus,
und hier ist Beginn und das Ende ist dort.
Читать далее →