Архив | 14.05.2022

RAYNER MARİA RİLKE. MƏHƏMMƏDİN ALIN YAZISI

Rayner Maria Rilke

Onun sığıncağına qədəmini qoyan an

uca şəxs, bilindi ki, mələkdir gələn qonaq.

birbaşa, ləngimədən, bəlağətlə, ucadan,
söylədi iddiası yoxdur heç nəyə, ancaq

rica edir ki, indi kimdisə — qalsın həmin,
tacir karvanlarıyla davam etsin səfərlər;

Oxumaq bilmirdi o – indisə belə xəbər,
Belə söz – müdrikə də bu, bir sınaqdır çətin

 —

Zabitəli mələksə təkid edir yenidən

dönə-dönə baxdırıb əlindəki yazıya,

dönmür istədiyindən: oxuya gərək hökmən.

 — 

Və oxudu sonra o: mələksə qıldı səcdə

Yazını oxuyandan önündəki kəs daha

Qadirdi itaətə, hökm eləməyə həm də.

1907,  Paris

almancadan tərcümə

13-14.05. 2022, Samara

++++++++++

RAİNER MARİA RİLKE

Mohammeds Berufung

Da aber als in sein Versteck der Hohe,
sofort Erkennbare: der Engel, trat,
aufrecht, der lautere und lichterlohe:
da tat er allen Anspruch ab und bat
Читать далее