Архив | 01.05.2022

RAYNER MARİA RİLKE. KRAL

Rayner Maria Rilke

 On altı yaşı var kralın cəmi

Bu yaşda rəhbərdir dövlətə, xalqa,

Və baxır, pusquda oturan kimi,

Zalda şura üzvü ağsaqqallara,

 —

Sonra da harasa o yana ordan

və duyur ki, nədir incidən onu:

runo yaxalığı sıxır bayaqdan,

onun Ensiz, uzun, cod buxağını.

 — 

Olüm hökmü vardır onun önündə
imza atılmağa hazır haçandan.

Düşünürlər:  əzab çəkir nə qədər.

 — 

Bilməliydi onu tanıyan insan:

Yetmişəcən sayır, qara sənədə,

Qol atanacan.

1906

almancadan tərcümə

30.04 – 01.05. 2022, Samara

++++++++++++++++++++++++

RAİNER MARİA RİLKE

Der König

Der König ist sechzehn Jahre alt.

Sechzehn Jahre und schon der Staat.

Er schaut, wie aus einem Hinterhalt, Читать далее