Архивы

UİLYAM ŞEKSPİR. 9-CU SONET

shakespear

     UİLYAM ŞEKSPİR

 

      9-CU SONET

         Is it for fear to wet a widow’s eye

        That thou consum’st thyself in single life?

 

Qorxaraq bəlkə dul qəmindən sən,

Yaşayırsan hələ də tək-tənha.

Ah, həyatdan belə sonsuz getsən,

Dul qalar dünya özü, yas saxlar.

 

Dul qalıb dünya özü  yaş axıdar,

Qalmadı səndən olan çünki ona.

Ər gedərsə, onu uşaqlardır,

Xatırladan həmişə dul qadına.

 

Dağıdan, xərcləyən israfçı ki var,

Yenə dünyada qalır xərclədiy.

Ömür gedirsə, gözəllik də solar,

Heç kəsə qıymadınsa – məhv elədin.

 

Özünə kim belə düşmənsə əgər,

Bağlıdır qəlbi onun sevgilərə.
İngilis dilindən tərcümə

17-18.07.17

Samara

 

İNNA LİSNYANSKAYA. «ALMA VARLI VERƏNİ…»

İNNA LİSNYANSKAYA

              Забвенья нету сладкого,
Лишь горькое в груди…

Şirin deyil unutma`-
Ürəkdə acısı var.

Güclüdən kömək umma,

Dadına zəif çatar.

 

Cəhənnəm dönəmidir,

Elə bil Rusiyada.

Alma varlı  verəni,

Yenə kasıbdan istə

 

 Bütün dərklər əyandır,

Doğru nə varsa – üzdə.

Üzr istə günahlıdan,
Üzr istəmə təmizdən.

1967

Rus dilindən tərcümə

21.06.2017

İOSİF BRODSKİ. VƏTƏNƏ DÖNÜRSƏN…

İOSİF BRODSKİ

VƏTƏNƏ DÖNÜRSƏN

                                                  Воротишься на родину. Ну что ж.

 

Vətənə dönürsən. Deməli belə.

Boylan yan-yörənə, kimə gərəksən.

Səni unutmayıb hansı dost hələ?

Dönürsən. Yolüstü dükana gir sən

 

Şirin çaxır götür şam yeməyinə,

Pəncərə önündə dayanıb düşün.

Nə olub — günahkar özünsən yenə.

Neynək. Belə yaxşı. Allaha şükür.

 

Heç kim nə yaxşı ki, müqəssir deyil,

Yaxşı ki, deyilsən heç kimə bağlı,

Yaxşı Ki, heç kim  də əsirin deyil
Sevə ölənəcən ürəyi dağlı.

 

Yaxşı ki, gecənin qaranlığında

Səni ötürmədi heç kimin əli

Nə yaxşı tək-tənha və pay-piyada,
Vağzalı tərk edib gedəsən elə.

 

Nə yaxşı vətənə tələsən zaman,

Pərdəli sözlərin açıla sirri.

Duyasan ki, qəlbi qayğılandıran,

Yenilik, dəyişmə ümidləridir.

1961

 

Ruscadan tərcümə

29-30.05.2017

Samara

 

 

ПИСЬМО ПОЛИТЗАКЛЮЧЕННОГО ГИЯСА ИБРАГИМЛИ СВОЕМУ АДВОКАТУ

QİYAS

Здравствуйте, уважаемый адвокат Эльчин Садыгов муаллим! Надеюсь, что с вами все в порядке. У меня тоже все хорошо, но не могу сказать то же самое про глаза. Но через некоторое время, наверное, скажу. Причина, по которой пишу вам, с этим связана.  То есть, связана с моим желанием поблагодарить вас за то, что моя проблема со зрением будет решена. Читать далее

PREZİDENT DÜZ DEYİR, TƏZƏ İŞ YERLƏRİNİN SAYI BƏLKƏ YÜZ MİNDİR…

Azərbaycan prezidenti və birinci vitse-prezidentin əri İlham Əliyev bu günlərdə elan edib ki, ölkədə 85 min yeni iş yeri açılıb. Çox təəssüf ki, xalq içində bu vacib məlumata tək-tük də olsa şübhə edənlər tapılıb. O adamları polis idarəsinə aparıb yaxşı yoxlasan, hələ beş-altı polis dəyənəyi vursan, məlum olar ki, onlar heç Allaha da inanmırlar və arxayındırlar ki, insan meymundan əmələ gəlib…

Bu adamlar başa düşmürlər ki, prezidentlər sadə insanların danışdığı dildə danışmırlar, onların dilini başa düşmək üçün gərək yüksək intellekt sahibi olmasan da, gərək əmlak sahibi olasan, biznesin ola, ya da yaxşı qazanc gətirən dövlət qulluğun ola. Onda başa düşərsən ki, prezident nə demək istəyir.

Prezident demk istəyir ki, ölkədə 1 (bir) iş yeri açılıb. Yəni birinci vitse-prezident yeri. Ancaq bu iş yeri 85 min iş yerinə dəyər. Elə xəzinəyə də bu vəzifə 85 min işçinin maaşından da baha oturur və bəlkə bundan da artıq. Yəni yaxşı hesablasan, vitse-prezident vəzifəsi 100 min iş yerinə bərabərdir. İndi daha İlham müəllim dərinə getməyib. Xırdalamayıb. Xalqımızım müdrikliyinə, qanacağına arxayın olub. Xalq doğrudan da müdrikdir, qanacaqlıdır. Ancaq, təəssüf ki, xalqın içində elələri var ki, nəinki prezidentə, heç Allaha da inanmırlar. Allah onları düz yola qoysun, günahlarından keçsin.

Allah vitse-prezidenti qorusun, 85 min iş yerini bir nəfər tutur, maşallah!

Mirzə ƏLİL

 

НА ЕГО ФУТБОЛКЕ ВМЕСТО ФАМИЛИИ СТОИЛО БЫ НАПИСАТЬ «УБИЙЦА»…

Выдающийся французский футболист, 29 летний Карим Бензема за клубную карьеру забил 255 мяче, а за сборную Франции, в которой он перестал выступать с 2015 года, 47 мячей. Нападающего «Реала» отстранили от сборной из-за уголовного дела, возбужденного против людей, которые шантажировали другого французского футболиста, Вальбуэна. Конкретно против Бензама дело так и не было возбуждено, он в этом деле проходил как бы свидетель, он вроде бы звонил Вальбуэна и предлагал ему заплатить шантажистам, чтобы не было проблем. То есть перед законом Бензема чист, но репутация подмочена, а тренер французской сборной Дишам считает, что футболист с подмоченной репутацией не достоин представлять страну, выступать под национальным флагом.

Ровесник Бензема, азербайджанский футболист Джавид Гусейнов за годы выступлений за сборную Азербайджана забил один гол, и то в ворота Мальты. Но дело против него было возбуждено по куда более серьезному поводу: он убил журналиста Расима Алиева. Лично, уточним, Джавид Гусейнов журналиста не убивал, но подослал к нему своих родственников, которые забили журналистов до смерти.

И вот, получив за это тягчайшее преступление всего четыре года и отсидев меньшую часть этого срока (сомневаемся, что футболист «сидел») Джавид Гусейнов вышел на свободу и сразу надел форму национальной сборной. И уже 26 марта сыграл в матче со сборной Германии.

Знали ли немцы, что в составе сборной Азербайджана играет человек, у которого руки в крови журналиста? Конечно, окажись футболист с такой криминальной истории в составе любой топ команды мира, поднялся бы грандиозный скандал. Азербайджанские футболисты мало кому известны, мало кто ими интересуется, поэтому кто из них убийца, а кто нет, видимо, спортивных журналистов не интересует. А жаль. Ведь хладнокровный убийца в качестве участника отборочного турнира чемпионата мира наносит ущерб не только собственной стране, но и всему мировому футболу. Что, футбол вне рамок общечеловеческих правил и этических норм? Давайте представим себе родных и близких убитого журналиста Расима Алиева перед экраном во время трансляции – что они должны переживать. Впрочем, они вряд ли стали бы включать телевизор…

Не должны были включать телевизоры все нормальные люди в Азербайджане. Потому что убийца в национальной сборной – это ненормально. Это мягко говоря…

Азербайджанская сборная с убийцей в составе проиграла на своем поле немцам со счетом 1:4. В Азербайджане плохой футбол, потому что в Азербайджане футбол давно не народная игра, народ в футбол не играет. Люди массово не играют в футбол по той же причине, по какой массово кончают жизнь самоубийством – под поезд бросаются, вешаются, пьют уксусную кислоту… Более сдержанные ищут возможность валить из страны, которую душит вороватый феодальный режим…

Почему режим так легко простил убийство журналиста? Да потому, что режим сам считает свободных журналистов своими врагами. Режим сам мог бы прикончить его. Доказательство – снимок…

rasim əliyev 2.jpg

Желаю сборной моей исторической родины дальнейшие позорные поражения, пока в ее составе будет выступать убийца…

Х.Х.

BU LAVROV YAZIİQDAN NƏ İSTƏYİRSİNİZ?

Azərbaycan rəhbərliyi həftədə bir-iki dəfə Sergey Lavrovdan inciyir.

A kişilər, bu Lavrob köpəkoğlu neyləsin?

Cəbhə xəttindən Ağdam şəhərinə qədər nrçə kilometrdir? O beş? İyrmi? Tankla neçə dəqiqəyə gedib çıxmaq olar? Yarım saata? Bir saata? Bəs niyə Azərbaycan tankları getmirlər Ağdama? Getmirlərsə, Lavrov köpəkoğlu buna neyləsin?

Heç tankı olmasın, deyək ki, yanacaqları yoxdur. Niyə bir batalyon əsgər gedib Ağdam şəhərini təmizləmir? Ağdamlılardan bir batalyon yığmaq olar? Yığmırlarsa, buna Lavrov köpəkoğlu neyləsin?

Ağdam iyirmio dörd ildir ki, işğaldadır. Birneçə il də keçsə, ağdamlılıq bir dəfəlik yoxa çıxacaq. Çünki ağdamlılığı yaşadan adamlar ölüb gedirlər, həm də ağdamlılıq Bakıda, Biləsuvarda yarana bilməz, ağdamlılığı Ağdam yaradıb.Bu mənada məsələ iyirmi il bundan qabaq həll olunmalıydı və bir batalyon qeyrətli ağdamlı bu məsələni həll edə bilərdi. Və məsələ həll olunmayıbsa, lavrov köpəkoğlunun heç bir günahı yoxdur.

Mirzə ƏLİL

DAĞIN-DAŞIN ÇATLASIN, ŞUŞA, BAĞRIMIZ ÇATLADI…

УСУБОВ 1.jpg

Şuşalı daxili işlər naziri Ramil Usubov oğlu Emili çağırıb deyir:

  • Oğul, istəyirəm səni bir məsul işə təyin edim.

Emilin rəngi qaçır:

  • Papa, məni Şuşaya ermənilərin üstünə göndərmək istəyirsən? Papa, mən gedə bilmərəm, mən qripəm, mama bilir.
  • A bala, başın xarab olub? Səni erməniləri üstünə niyə göndərirəm? Ermənilər özləri bu gün-sabah bura olacaqlar…Səni istintaq idarəsinin rəisi qoyuram. Mamanı qoymaq istəyirdim, razı olmadı, deyir mən də vitse-prezident olmaq istəyirəm…

Mirzə Əlil

MARİNA TSVETAYEVA. PİŞİKLƏR

 

  Maks Voloşinə

          Они приходят к нам, когда
          У нас в глазах не видно боли.

 

Elə ki çəkilir gözlərimizdən

Ağrı-dərd, qucağa girib yatırlar.

Bəla üz verəndə itib-batırlar,

Pişik qəlbi bilməz utanmaq nədir.

 

Özün de, gülməli deyilmi, şair,

Onları öyrətmək evə, divara.

Köləlik qisməti yaddır onıara,

Pişik qəlbi bilməz köləlik nədir.

 

Ha çağır, ha səslə, özünü öldür,

Sığalla, əzizlə, gözünə dön də.

Çırpınıb çıxacaq yenə əlindən,

Pişik qəlbi bilməz məhəbbət nədir.

 

1911

Ruscadan tərcümə

11.11.16 Samara

 

OSİP MANDELŞTAM. LENİNQRAD

OSİP MANDELŞTAM

                                        (1891-1938)

                LENİNQRAD

               Я вернулся в мой город, знакомый до слёз,
              До прожилок, до детских припухлых желёз…

 

Şəhərimə dönmüşəm, necə tanış, doğmadır,

Körpəyə lap döndərər, körpə kimi ağladır.

 

İndi ki qayıtmısan, tələs, gözüyumulu,

Sahil fənərlərinin sən palıq piyini ud.

 

Bu dekabr günü də sənə yaxşıca tanış,
Yumurtanın sarısı sanki qətrana axmış.

 

Peterburq! Hələ ölmək arzusunda deyiləm,
Telefon nömrələrim səndə qalır, bilirəm.

 

Peterburq! Yaddaşımda neçə ünvanın qalır,

Onlarda ölənlərin səsi yəqin tapılar.

 

Mən qara pilləlkəndə yaşayıram, beynimi,

Suvaqdan qoparılmış zəngin səsi iynələr.

 

Əziz qonaqları mən gözləyirəm gecələr,
Yuxuma qapıdakı zəncirin səsi gələr.

 

Dekabr 1930

 

Ruscadan tərcümə

07.11.2016

Samara