Архивы

TEOFİL QOTYE. LUKSOR OBELİSKİ[i]

gautier_big-min          

L’obélisque de Luxor

Tənha dayanmışam keşiyində mən,

Dağılıb-tökülmüş nəhəng sarayın.

Əbədi tənhalıq məni bürüyən,
İndi sonsuzluğa üzü sarıyam.

 

Uzaq hüduduna nəzər çatmayan,

Üfüqdə, bir kol da bitməyən və lal

Səhra matəm rəngli günəşin altda,
Sarı kəfənini ətrafa yayar.

 
Bu çılpaq torpağın  yuxarısından,

Asılan səma da mavi səhradır.

Bir bulud keçməyib ordan heç zaman,
Şəffaf təmizliyi dəhşət oyadır.

 

 

Nilin sularında sanki yox həyat,

Qaynar qurğuşundan pərdə bağlayıb,

Elə ki, sahildən cumur begemot,
Çayın qırışlanan səthi parlayır.

 

 

Acgöz timsahlarsa düşüb qalıblar,
Adaların odlu qumları üstdə.

Bişirir onları qalın qabıqlar,
Nalə də çəkirlər bəzən istidən.

 

Durub qaraleylək nazik ayaqlı,
Sinəsinə əyri dimdiyi girib.

Hansı lövhədəsə sanki dualı

Tot əlyazmasının açır şifrini.

 

Kaftarlar gülüşər,çaqqallar ular,
Havada hərlənib çevrələr cızan,
Ac quzğun elə bil sızlayıb ağlar,
Ağ səmada qara vergülə bənzər.

 

 

Ancaq tənhalıqdan gələn səsləri.
Batırır sfinkslər əsnəmələrlə.

Belə keçiriblər çox əsrləri,
Bir duruşsa üzər, yuxuya səslər.

 

Sən bəyaz qumların parıltısından,

Və həmişə odlu günəşdən doğan

Şərqin şölələnən qəmi! Dünyada,
Varmı başqa qüssə sənə tay olan?

 

Aman istəməyə məcbur edən sən!

Bütün məzələrdən doyan krallar,
Yenilib düşərlər sarayda birdən,
Ağırlığın elə məni də yıxar.

 

Quru gözlərindən səmanın heç vaxt,
Külək yaş çıxarmaz bircə damla da.

Zaman da dincini sanki alaraq,
Söykənib dayanıb lal saraylara.

 

 

Burda təsadüflər heç nə dəyişməz,
Qayğılanmaz üzü əbədiyyətin,

Dəyişir bu dünya bütün, Misirsə,

Dəyişməzlik üstdə dayıb mətin.

 

Elə ki dirənir boğaza qüssə,
Dost kimi yığılan mənim yanımda,
Müasirləridir təkcə Ramzesin,
Qədim fəllahlar və mumiyalardır.

 

Görürəm əyilib nəhəng bir sütun,

Silib simasını ötən əsrlər.

Ağ yelkən qaldirıb çapıq şütüyür,
Kolazlar aşağı-yuxarı Nillə.

 

 

Ah, necə istərdim, qardaşım kimi,
Parisdə olaydım elə bu anda.

Gəzib əylənəydik birgə ikimiz,

Doymadan şəhərin tamaşasından.

 

 

Orda qabağına abidələrin,
Gəlib toplaşırlar canlı adamlar.

Qəlbən sevinirlər açanda birdən,
İeratik yazı sirrini onlar.

 

 

Sərin fəvvarələr durub yan-yana,
Səpilir onlardan al-əlvan duman,
Qədim qranitin isti tozuna;

Qranit allanır, cavanlanır da.

 

Senanın gül rəngli damarlarından,

O da mənim kimi doğulub elə.

Mən ancaq bir yerdə durub qalıram,
O həmişə yaşar, mənsə ölüyəm.

 

Fransızcadan tərcümə

14-16. 10. 2018

Samara

[i] Luksor obeliski (obélisque de Louxor)  — Luksor obeliski Parisin mərkəzidə, Barışıq meydanındadır, 2-ci Ramselin dövründə yaradılıb və əvvəlcə Misirdə Luksor məbədinin girəcəyində yerləşib. 1830-cu illərin əvvəlində kral Məhəmməd Əli onu Fransaya bağışlayıb.

TEOFİL QOTYE. NƏĞMƏ

gautier_big-min

  Lied

Torpaq çiçəkləyir aprel ayında.
O, gəncliyə bənzər, sevgiyə bənzər.

Hələ bakirədir, çətin həyadan,
Baharın borcunu ödəyə bilər.

 

Qaçır iyun ayı gələndə rəngi,
Qəlbini ehtiras qayğılandırır.

Yay yetişən kimi durumu gərgin,

Yulaf zəmisində daldalanır da.

 

 

Şərab pərisidir avqustda, xumar,

Payıza döş açır o utanmadan.

Pələng dərisiylə yuvarlanaraq,

Dolu salxımlardan çəkir şirin qan.

 

 

Dekabr gələndə əfəl qarıdır,

Qırovdan hər yeri tamam ağarmış.

Gecə yuxusundan onu ayıldır,
Yanında baş qoyub yatan soyuq Qış.

 

Fransızcadan tərcümə

13-14.10. 2018, Samara

+++++++++++++++

Théophile Gautier

 (1811-1872)

Au mois d’avril, la Terre est rose
Comme la jeunesse et l’amour ;
Pucelle encore, à peine elle ose
Payer le Printemps de retour.

Au mois de juin, déjà plus pâle
Et le cœur de désir troublé,
Avec l’Été tout brun de hâle
Elle se cache dans le blé.

Au mois d’août, bacchante enivrée,
Elle offre à l’Automne son sein,
Et, roulant sur la peau tigrée,
Fait jaillir le sang du raisin.

En décembre, petite vieille,
Par les frimas poudrée à blanc,
Dans ses rêves elle réveille
L’Hiver auprès d’elle ronflant.

   TEOFİL QOTYE. SİLAHLARIN ZİYAFƏTİ

gautier_big-min

Le souper des armures

Biorn, tərkdünya, qəribə insan
Çılpaq qayalığın düzən yerində

Dünyadan həm kənar, həm də zamandan,

Qədim bir qalada yaşayır indi.

 

 

Ruhu əbəs yerə müasirliyin,
Onun qapısını döyür çəkiclə.

Biorn qapısından qıfıllar asıb,
Qalaya keçilməz divar çıkilib.

 

Hamı dan yerinə göz dikən zaman,

Biornsa duraraq qüllədə hələ,
Dikib gözlərini qımıldanmadan,
Günəşin haçandan batdığı yerə.

 

 

Zamanlar dolaşır qəlbi;  həyatı,

Keçir həm keçmişdə, həm də qalada.

Divardan asılan qədim saatın,
Dayanıb kəfgiri yüz il qabaqdan.

 

 

Mağzallı, feodal tağların altda,
Əkssədaları gəzib oyadar.

Elə səs ucalır hər addımından,

Dalınca özü tək sanki gəzən var.

 

 

Bilmir ruhani nə, dünyəvi nədir,

Görüb nə burjua, nə də zadəgan.

Ulu babaların portretləri,

Ancaq danışırlar onunla hərdən.

 

Hərdənbir ürəyi açılsln deyə,

Şamı tək yeməkdən gələndə cana,

Biorn qəribə, yaslı məzəylə,
Qonaq dəvət edir əcdadlarını.

 

 

Fantomlar, vuranda gecə yarını,
Gəlirlər silahlı başdan ayağa.

Qıçları əssə də bir az Biornun,
Qalxır gələnləri salamlayaraq.

 

Hər silah axtarıb oturmağa yer,
Dizini qatlayıb yradır bucaq.

Gəlir hərəkətə sız əzələlər,

Köhnə qıfıl kimi salır şaqqaşaq.

 

Vahid, birləşikdir zireh və silah,
Sanki yox bədənin tabutudur bu.

Eybəcər və ağır səs qopararaq,

Kürsüyə dürtülüb yerini tutur.

 

 

Landqrav,  rinqrav və burqravlar,
Gəlir cəhənnəmdən, səmadan ya da.

Hamısı ciddidir, hamısı da lal,

Dəmir qonaqlardır yığılan bura.

 

 

Kölgədə görünür şölə düşərkən,
İkiboyun qartal, əsil ifritə.
Vəhşilərə aid heraldikadan,
Təsvirlər döyülüb dəbilqələrdə

 

Üzü vəhşilərin eybəcər əyri,
Qorxunc caynaqlarla onlar oynayır.

Ekstravaqant dəbilqələrin,
İridir, ucadır plyumajları.

 

 

Ancaq içi boşdur dəbilqələrin,
Döymədir elə bil qədim gerbdən.

İki ağuş şölə qəribə tərzdə,
Ancaq işıq salır onlar hərdən.

 

 

Əyləşir, nəhayət, metal qonaqlar,

Zalında bu qədim malikanənin.

Divarda bir kölgə əsib uzadar,
Qara bir səhifə bütün gələnə.

 

Şübhəli şəkildə qızarır yaman.

Likörlər nədənsə şam işığında,

Souslarda ətin rəngi al-əlvan,
Süfrəyə baxanda qəlb üşəndirir.

 

 

Hərdən işıq saçır döş zirehləri,

Və bircə anlığa dəbilqə parlar.

Hərdən də bir parça qoparaq enir,
Süfrənin üstünə, gurultularla.

 

 

Hərdən eşidilir, görünmür ancaq

Qanad çalmaları yarasaların,
Tavanıın altında divar boyunca.

Kafir bayraqları əsir asılı.

 
Yüngül, gözlənilməz bir hərəkətlə,
Qatlanır onların mis barmaqları.

Axır əlcəklərdən dəçilqələrə,

Reyn şərabıyla dolu camları.

 

 

Kəsilib-doğranır gödək qılıncla,

Qızıl nimçələrdə vəhşi qabanlar.

Dəhlizdən orqan tək keçərək ancaq,
Anlaşılmaz səslər zalda dolanar.

 

 

Yarızirzəminin rütubətindən,
Səsi soyuqlayıb xırıldasa da,
On üç yüzillikdə bir yeni nəğmə,

İçib keflənərək kabus oxuyar.

 
Albrext o qədər çərab içib ki,

İndi qonşularla əlbəyaxadır.

Vurub əzişdirir axsaqğı, şili,
Sarrasinlər lə sanki davadır.

 
Haçansa beyinli kəllədən Frits,
Çıxarıb tullayır dəbilqəsini.

Düşünə bilmir ki, yazıq maskasız,

Başsız bir bədənə indi bənzəyir.

 

 

Masanın altında qalaqlanırlar,

Bardaqdır, kuzədir yan-yörələri.
Başları aşağı, ayaqqabılar,

Caynaqdır elə bil, eybəcər, əyri.

 

Rəzil və iyrəncdir necə bu meydan,

Bardaqlar çarpışır dəbilqələrlə.

Hansı səbəbdənsə yaralanandan,
Qızıl qan yerinə qusuntu gələr.

 

 

Biorn əlllərini qoyub belinə,
Onları seyr edir yaslı və üzgün.

Bu vaxtsa İsveçrə şüşələrinə,

Mavi baxışları səpildi sübhün.

 

 

İlk səhər şəfəqi doğanda, hər kəs

Ağarıb, gündüzlər alov necə ki.

Qonaqlardan ən çox sərxoş olan tez,
Ölüm kuzəsini başına çəkir.

 

 

Xoruzlar banlayır, fantomlar qaçırə
Təkəbbürlü görkəm birdən alaraq,
Qızğın ziyafətdən ağır başları,
Onlar söykəyirlər daş balınclara.

Fransızcadan tərcümə

11-13.10. 2018

Samara

    TEOFİL QOTYE. NEREİDLƏR

gautier_big-min

Les Néréides

Mənim otağımda bir akvarel var,
Özü qəribədir, müəllifinsə,
Adına qafiyə, ölçü tapılmır,
Yazıram: Teofil Kniativski.

 
Dənizin göy-yaşıl arxalığını,
Saçaqla bəzəyən  köpükdə birdən,

Üç pəri girdabdan çiçək tək çıxıb,
Buket yaradırlar könül bəyənən.

 

Suzanbaqları tək qıvrılır onlar,
Gümüş spiral tək, su ləpələnir.

Gah dərinə gedir, gah da boylanır,
Hərlədərək gözəl bədənlərini.

 

Hörülüb yığılmış ağuş işıqlı
Saçlara işvəkar pərilər taxıb

Dəniz şanaları, mahmızlalələr,
Çiçəklər, incilər sulardan çıxıb.

 

 

Mirvarilərini ilbiz çıxarıb,
Ağ sinələrinə düzüb onların.

Döşləri üstdəsə hələ də qalır,
İnci tək parlayan su damlaları.

 

 

Əliylə sinirli Titonların,

Onlar baldıracan qaldırılıblar.

Çimib mavilikdə indi yanırlar,

Saçlarının yaşıl qızılı altda.

 
Ağarır su altda aşağıları,

Qatı titrəyişlə donur elə bil.

Yarı qadındırlar, yarı da balıq.
Quyruq tamamlayır bədənlərini.

 

 

Kimdir axı baxan üzgəcə ancaq,

Axçalı bədənə kim fikir verər,

Dəniz öpüşüylə cilalanaraq,

Döşlər fil dişi tək parlasa əgər?

 

 

Bu vaxt üfüqdəsə qarışır aləm,
Gerçəyi nağıldan ayırmaq olmur.

Gəmi yaxınlaşır gözlənilmədən,
Görüb qayğılanır bu dəniz xoru.

 

 

Üçrəngli bayrağı külək yellədir,

Borusu öyüyür-püskürür buxar.

Təkərlər hay-küylə dalğanı dəlir,

Pərilər baş vurar suya qorxudan.

 

 

Onlar izləyərdi qorxu bilmədən,
Triremlərini Arxipelaqın.

Gözləyir delfinlər əyib belini,
Köməyə çağırarArion haçan.

 

Ancaq buxar-gəmi təkərləriylə,

Veneranı yenən Vulkan sayağı,

Gözəl çöhrəsini onların əzəzr,
Çılpaq əzaları əzib dağıdar.

 
Əlvida, əlvida, mifologiya!

Gəmi gəlib keçdi, uzaqda sanki,

Yüksələn dalğanın üstdə oynayır,

Bir dəniz donuzu mayallaq aşır.

Fransızcadan tərcümə

09-10. 10. 2018

Samara

TEOFİL QOTYE. ÖLÜ UŞAĞIN OYUNCAQLARI

gautier_big-min

Les joujoux de la morte

Köçdü bu dünyadan balaca Meri,
Tabutu da elə balacaydı ki,

Onu qoltuğuna asanca vurub,
Aparardın kaman qılafı kimi.

 

Masanın üstünə, yerdə xalçaya,
Dağılıb-tökülüb uşağın irsi.

Ağlar görünüşlü, qolları sallaq,
Yıxılıb kloun, büzük və rəngsiz.

 

İçindəki ağac saxlayır ancaq,
Kuklanı, sökülüb hələ dağılmır.

Gözündə donan yaş elə bil inci,

Çəkdiyi bir ahdan kartonu qalxır.

 

 

Oyuncaq mətbəxdə baxımsız indi,
Boyalı taxtadan nimçələr qalır.

Sanki Frankoni bura sirkidir,
Meydana piyada çıxır atlılar.

 

Musiqi qutusu sükut içində.
Xırdaca əlinin izləri qalan,
Dəstək çəkilərsə əgər yenidən,

Naləli zümzümə ucalar ondan.

«Ah, ana, mən sizə söyləyərəm!” də,
Necə də titrəyir, əsir duyğular.

“Ulan Kadrili” də elə qəmlidir,
Matəm mahnısının onda hüznü var.

 

 

Və  yanaqlarınız  yaşdan islanar
Donna e mobile çarx üzərində,
Hərlənib dinəndə, qəlb alovlanar,
Sonra nəğmə bitər, öləziyər də.

 

Faciə dolaşıq, çətin  anlanan,
Uşaq küsüsüylə ürəyin dolar.

Burda oyuncaqlar mələkdən qalıb,

Tamam bir beşiyi boşaldıb məzar.

 

Fransızcadan tərcümə

08-09. 10. 2018, Samara

++++++++++++++++++++++++

Les Joujoux de la Morte

La petite Marie est morte,
Et son cercueil est si peu long
Qu’il tient sous le bras qui l’emporte
Comme un étui de violon.

Sur le tapis et sur la table
Traîne l’héritage enfantin.
Les bras ballants, l’air lamentable,
Tout affaissé, gît le pantin.

Et si la poupée est plus ferme,
C’est la faute de son bâton;
Dans son œil une larme germe,
Un soupir gonfle son carton.

Une dînette abandonnée
Mêle ses plats de bois verni
À la troupe désarçonnée
Des écuyers de Franconi.

La boîte à musique est muette;
Mais, quand on pousse le ressort
Où se posait sa main fluette,
Un murmure plaintif en sort.

L’émotion chevrote et tremble
Dans: Ah ! vous dirai-je, maman!
Le Quadrille des Lanciers semble
Triste comme un enterrement;

Et des pleurs vous mouillent la joue
Quand La Donna è mobile,
Sur le rouleau qui tourne et joue,
Expire avec un son filé.

Le cœur se navre à ce mélange
Puérilement douloureux,
Joujoux d’enfant laissés par l’ange,
Berceau que la tombe a fait creux!

TEOFİL QOTYE.   İKİ ÜRƏK QIFILI[i]

gautier_big-min

            Les accroche cœurs

 

Oyadıb mirvari xumarlıqları,

Həm qalib, həm məğlub gözlərindəki,

Ətirli, işıqlı saçdan ayrılıb ayrılıb,
Qəlb qıfılı düşüb üzünə iki.

 

 

Ravivant les langueurs nacrées 
De tes yeux battus et vainqueurs, 
En mèches de parfum lustrées 
Se courbent deux accroche-coeurs.

 

Görüb yanağında çevrələnibdir,
Əlinlə burulan ipək həlqələr.
Deyərsən ki,  onlar xırda təkərdir

Mabın faytonundan, dayanıb durub.

 

 

Ya da ki, Amurun kamanıdır bu,

Hazırdır, gərilib ox atmaq istər.

Qızıl dairədə qovuşub onlar,

Cavan oxatanın gicgahı üstdə.

 

 

Mənimsə üzməkdə canımı qayğı:

Bircə ürəyim var, işvəkar, onda,
Niyə eşq qıfılı qoşadır axı?

İkinci kimindir asılıb ordan?

Frannsızcadan tərcümə

08.10. 2018, Samara

[i] Şeirin adıni azərbaycanca dəqiq vermək mümkün deyil, “accroche cœurs” qadın

saçının burularaq alına ya gicgaha burulub düşən həlqələridir, həm də, şeirin məzmununa görə, bu həlqələrdən sevənin ürəyi asılır. İngilis dilinə şeirin adı “Two Love Locks” kimi tərcümə olunub. “Lock” isə ingiliscə həm qıfıl, həm də saç burumu və çəngəsidir.

+++++++++++++++++++++++++++++

Théophile Gautier

Ravivant les langueurs nacrées
De tes yeux battus et vainqueurs,
En mèches de parfum lustrées
Se courbent deux accroche-cœurs.

À voir s’arrondir sur tes joues
Leurs orbes tournés par tes doigts,
On dirait les petites roues
Du char de Mab fait d’une noix ;

Ou l’arc de l’Amour, dont les pointes,
Pour une flèche à décocher,
En cercle d’or se sont rejointes
À la tempe du jeune archer.

Pourtant un scrupule me trouble :
Je n’ai qu’un cœur ! alors pourquoi,
Coquette, un accroche-cœur double ?
Qui donc y pends-tu près de moi ?

 

 

TEOFİL QOTYE. QADININ POEMASI

gautier_big-min
Le poème de la femme

Bir gün ona aşiq xəyalpərvərə,
Göstərərək nadir incilərindən,

Gözəl bədənini təsvir eləyən,

Poema istədi oxuya birdən.

 

Gəlişi möhtəşəm, həm də müzəffər,
Duruşu sarsıdır dəbdəbəsindən.

Qürurlu İnfanta kimi yeriyər,
Əynində elə bil velür sədəfdir.

 

 

Çəkilib lojanın bir qırağına
Parlayır italyan operasında.

Çatır vaxtaşırı qulaqlarına,

Necə mahnılarda səslənir adı.

 

 

Uyaraq sənətkar ehtirasına,
Çiynindən məxməri aşağı salır,
Şəffaf buludunda incə batistin,

Nəfis cizgiləri birdən açılır.

 

 

Sürüşüb qayğısız qırçınlarıyla,
Köynəyi çiyinindən baldırınacan,
Bəyaz göryərçin tək qanad çalaraq,

Ağ ayaqlarına enib dayanar.

 

Mərmər əsərinə model olardı,

O ya Apellesin, ya Kleomenin.

Dəniz qırağında çılpaq durardı,

Necə ki, Venera Anadiomen.

 

İri su damlası kimi görünən,
Mirvarilər gəlib Venetsiyadan.

Onlar göy qurşağı rənginə girər,

Təzətər və atlas dərinin üstdə,

 

Ah, onun ilahi çılpaqlığında,
Nə qədər şeylər var möhtəşəm, şirin.
Onun duruşundan şeir yarandı,
İndi gözəlliyin himni tək dinir.

 

 

Titrəyən şüalı ay işığında,
Qumları yalayan dalğalar sayaq,
Bitib-tükənməzdir lətafət onda,
Necə otursa da, necə baxsa da.

 

 

Ancaq bir az keçir, yəqin yorulur,

Qədim Fidiadan, Veneradan da.

Qıvrılıb özgə cür indi oturur,

Çılpaq matahını salır qaydaya.

 

 

Gənc bir gürcü qızı, biganə, tənbəl,
Ətirli nargilə alıb əlinə.

Dolu baldırları baxışı dələr,
Dolaşıb qıçları biri-birinə.

 

 

Kəşmir xalçaların üstdə sarayda,
Uzanıb bir sultan xanım dincələr.

Gülər, öz əksinə baxıb aynada,
Mərcan dodaqlarla əksi də gülər.

 

Enqr fırçasından çıxan kəniz tək,

Qabarar sinəsi onun, görünər,

Saxta abırlara sanki gülərək,

Meydan oxuyaraq təvazölərə.

 

 

Ah, tənbəl odalisk, geri dur, dayan!
Bax sən öz günündən həqiqi şəklə,

Bütün hədləriylə yanan brilyant;

Belə cilvələnir gözəllik eşqlə!

Başı əyilərək atılır geri,
Nəfəsi təngiyir, döşü qabarır.

Alıb sığallayır yumşaq əlləri,

Yuxu uzaqlara onu aparır.

 

Bir kəfən ingilis krujevasından,
Qoy örtsün möhtəşəm gözəlliyini,

Torpağa gedəcək ekstazından;
Bir gün ehtirasdan öləcək yəqin!

Kölgələnən gümüş bəbəklər üstdə.
Kirpiklər elə bil qanad çalırlar,

Sədəf sonsuzluğun içində məstdir,
Gözləri göylərə zillənib qalar.

 

Matəm çələngləri gətirməyin, yox,
Onlarda hər çiçək hüznlü, yaslı.

Parmada yetişən bənövşələr qoy,
Onun cənazəsi üstdə ağlasın.

 

 

Aparın ehmalca, bəyaz və rahat,
Yatağına qoyun, qəbrə qoyan tək.

Şair bura gəlib gecə keçən vaxt,
Dizləri üstünd dua edəcək.

 

Fransızcadan tərcümə

06-07. 10. 2018. Samara

++++++++++++++++++++

Théophile Gautier

Le poème de la femme
Marbre de Paros.
Un jour, au doux rêveur qui l’aime,
En train de montrer ses trésors,
Elle voulut lire un poème,
Le poème de son beau corps.

Читать далее

TEOFİL QOTYE. DÜNYA XARABDIR

gautier_big-min

     Le monde est méchant

Dünya, mənim körpəm, xarabdır yaman,

Deyir kinayəli təbəssümüylə.

Bu o deməkdir ki, sinəndə çarpan,

Heç də ürək deyil, saatdır elə.

 

— Ancaq sənin sinən həyəcanlanıb,
Qabarır və enir, dənizə bənzər.

Gənc dərin altında coşub qaynayan,
Şirədir kükrədən sənin nəbzini.

 

Dünya, mənim körpəm, yaman xarabdır:

Deyir ki, ölüdür sənin gözlərin.

Saat kimi yayla və eyni vaxtda,
Elə bil orbitdə onlar hərlənir.

 

 

Kirpiklr üstündə göz yaşın fəqət,
Titrəyir və əsir pərdə elə bil.

Elə bil incidir səhər şehindən,

Adi su damlası ona tay deyil.

 

 

Dünya, mənim körpəm, xarabdır yaman:

Yəni ruhun yoxdur bununla deyir.

Hərçənd şeirlərə qulaq asırsan,
Onlar sənin üçün sanskritdir.

 

— Fəqət sənin bu al dodaqlarında,
Çiçəkdir, açılan, yenə yumulan.

Sənin təbəssümün müdrik arıdır,
Qəşəng cizgilərdə görünər hər an.

 

 

Sən məni sevirsən, budur məsələ,
Ancaq nifrətin var bu insanlara.

Körpəm, məni atsan, hamısı söylər:

 — Necə ürəyi var, necə ağlı var!

 

Fransızcadan tərcümə

05-06. 10. 2018

Samara

TEOFİL QOTYE. XATİRƏLƏR QALASI

gautier_big-min

Le château du Souvenir

Əllərim alnımda, ayaqlarımı,

Ocağa uzadıb arzulayıram,

Bozumtul keçmişi necə adlayıb,

Qayıdım Xatirə qalasına mən.

 

 

Duman tənzifiylə örtülür evlər,
Ağaclar, düzənlər, dağ yamacları.

Baxsa da gözlərim dirəklərə hey,

Yenə də aldadır yol ayrıcları.

 

Gedirəm, sağımda-solumda qalır,
Yox olmuş dünyanın xarabalığı.

Həndəvəri sirli dumanlar alır,
İşarır haləsi unutqanlığın.

 

 

Fəqət yox, qəfildən şəffaf, həm də ağ,

Xatirə yeriyir yol qırağıyla.

Ariadna kimi qoyur ovcuma,

Əlindəki kiçik sap yumağını.

 

 

Yolu tanıyıram mən indən belə,
Örpəkli günəş də çıxır yenidən.

Xeyli uzaqdakı qülləli qala,
Görünür açıqca meşənin üstdən.   

 

Günün ömrü gedir gün qaralmada,
Qalınlaşan xəzəl onu gizlədir,

Qədim, tanış yolu mamır alıbdır,
Ensiz qaytan kimi uzanıb gedir.

 

 

Ətrafı ağuşa alır böyürtkən,

Sərir həndəvərə liana toru.

Yolumdan budağı kənar edərkən,
Qayıdır üzümə şillə də vurur.

 

Çataraq talanın bir bucağına,

Nəhayət, görürəm malikanəni.

Damlarında yanğın avadanlığı.

Qüllədə qarovul köşkü var yenə.

 

 

Ancaq tüstü çıxmır buxarılardan,
Mavi şöləsini qata səmaya.

İşıqlanan bircə pəncərə yoxdur,
Şöləni görəsən, bir insanı ya.

 

Dayaqlar, zəncirlər sınıb körpüdə,
Baxırsan, mərciyə bənzəyir sular

Onların sarı-boz ləkələrindən,
Kanalın səthində sanki pərdə var.

 

 

Tamam həndəvəri basıb sarmaşıq,
Yox elə deşik ki, baş uzatmaya.

Kim ona üz versə harda, dolaşır,

Boyin-boğazına, az qalır boğa.

 

Artırma görünür ay işığında

Onu öz zövqüylə dəyişir zaman,
Dayanmaq bilmirdi ağır yağış da,
Paltom süngər idi, hopurdu leysan.

 

Həyəcan içində itələyirəm

Qapını, açılır cırıltısıyla.

Soyuq hava gəlir, mağara ətri,
Kifiylə burnumu sanki dalayır.

Tikanı göynədən, deşən gicitkən,
Geniş əl-qol açan ayıpəncəsi,

Seçırık həyətin küncünü məskən,
Baldırğan altında günləri keçir.

Qədim pilləkəni qoruyan iki,

Mərmər monstrun üstünə enir,

Mən burdan gedəndə hələ ki kiçik,

Ağacın kölgəsi, indi nəhəngdir.

 

 

Şir kimi qaldırıb pəncələrini,
Onlar qətiyyətlə durur yolumda.

Bəyaz baxışları dindirir məni,

Mənsə sirli sözü pıçıldayıram.

Keçirəm, başını bir an qaldırıb,
Qoca it yuxuya gedir yenə də.

Ayaq səslərimsə əks-sədalar,
Doğurur onların yatdığı küncdə…

 

Fransızcadan tərcümə

04-05. 10. 2018, Samara

+++++++++++++++++++

Théophile Gautier

 (1811-1872)

 

La main au front, le pied dans l’âtre,
Je songe, et cherche à revenir,
Par delà le passé grisâtre,
Au vieux château du Souvenir.

Une gaze de brume estompe
Arbres, maisons, plaines, coteaux,
Et l’œil au carrefour qui trompe
En vain consulte les poteaux.

J’avance parmi les décombres
De tout un monde enseveli,
Dans le mystère des pénombres,
À travers des limbes d’oubli.

Mais voici, blanche et diaphane,
La Mémoire, au bord du chemin,
Qui me remet, comme Ariane,
Son peloton de fil en main.

Désormais la route est certaine ;
Le soleil voilé reparaît,
Et du château la tour lointaine
Pointe au-dessus de la forêt.

Sous l’arcade où le jour s’émousse,
De feuilles en feuilles tombant,
Le sentier ancien dans la mousse
Trace encor son étroit ruban.

Mais la ronce en travers s’enlace,
La liane tend son filet,
Et la branche que je déplace
Revient et me donne un soufflet.

Enfin, au bout de la clairière,
Je découvre du vieux manoir
Les tourelles en poivrière
Et les hauts toits en éteignoir.

Sur le comble aucune fumée
Rayant le ciel d’un bleu sillon ;
Pas une fenêtre allumée
D’une figure ou d’un rayon.

Les chaînes du pont sont brisées ;
Aux fossés, la lentille d’eau
De ses taches vert-de-grisées
Étale le glauque rideau.

Des tortuosités de lierre
Pénètrent dans chaque refend,
Payant la tour hospitalière
Qui les soutient… en l’étouffant.

Le porche à la lune se ronge,
Le temps le sculpte à sa façon,
Et la pluie a passé l’éponge
Sur les couleurs de mon blason.

Tout ému, je pousse la porte,
Qui cède et geint sur ses pivots ;
Un air froid en sort et m’apporte
Le fade parfum des caveaux.

L’ortie aux morsures aiguës,
La bardane aux larges contours,
Sous les ombelles des ciguës,
Prospèrent dans l’angle des cours.

Sur les deux chimères de marbre,
Gardiennes du perron verdi,
Se découpe l’ombre d’un arbre
Pendant mon absence grandi.

Levant leurs pattes de lionne,
Elles se mettent en arrêt ;
Leur regard blanc me questionne,
Mais je leur dis le mot secret.

Et je passe. — Dressant sa tête,
Le vieux chien retombe assoupi,
Et mon pas sonore inquiète
L’écho dans son coin accroupi.

Un jour louche et douteux se glisse
Aux vitres jaunes du salon
Où figurent, en haute lisse,
Les aventures d’Apollon :

Daphné, les hanches dans l’écorce,
Étend toujours ses doigts touffus,
Mais aux bras du dieu qui la force
Elle s’éteint, spectre confus ;

Apollon, chez Admète, garde
Un troupeau, des mites atteint ;
Les neuf Muses, troupe hagarde,
Pleurent sur un Pinde déteint ;

Et la Solitude en chemise
Trace au doigt le mot Abandon
Dans la poudre qu’elle tamise
Sur le marbre du guéridon.

Je retrouve au long des tentures,
Comme des hôtes endormis,
Pastels blafards, sombres peintures,
Jeunes beautés et vieux amis.

Ma main tremblante enlève un crêpe,
Et je vois mon défunt amour,
Jupons bouffants, taille de guêpe,
La Cidalise en Pompadour !

Un bouton de rose s’entr’ouvre
À son corset enrubanné,
Dont la dentelle à demi couvre
Un sein neigeux d’azur veiné.

Ses yeux ont de moites paillettes,
Comme aux feuilles que le froid mord ;
La pourpre monte à ses pommettes,
Éclat trompeur, fard de la mort !

Elle tressaille à mon approche,
Et son regard, triste et charmant,
Sur le mien, d’un air de reproche,
Se fixe douloureusement.

Bien que la vie au loin m’emporte,
Ton nom dans mon cœur est marqué,
Fleur de pastel, gentille morte,
Ombre en habit de bal masqué !

La nature, de l’art jalouse,
Voulant dépasser Murillo,
À Paris créa l’Andalouse
Qui rit dans le second tableau.

Par un caprice poétique,
Notre climat brumeux para
D’une grâce au charme exotique
Cette autre Petra Camara :

De chaudes teintes orangées
Dorent sa joue au fard vermeil ;
Ses paupières de jais frangées
Filtrent des rayons de soleil ;

Entre ses lèvres d’écarlate
Scintille un éclair argenté,
Et sa beauté splendide éclate
Comme une grenade en été.

Au son des guitares d’Espagne
Ma voix longtemps la célébra.
Elle vint un jour, sans compagne,
Et ma chambre fut l’Alhambra.

Plus loin, une beauté robuste,
Aux bras forts cerclés d’anneaux lourds,
Sertit le marbre de son buste
Dans les perles et le velours ;

D’un air de reine qui s’ennuie
Au sein de sa cour à genoux,
Superbe et distraite, elle appuie
La main sur un coffre à bijoux ;

Sa bouche humide et sensuelle
Semble rouge du sang des cœurs ;
Et, pleins de volupté cruelle,
Ses yeux ont des défis vainqueurs.

Ici, plus de grâce touchante,
Mais un attrait vertigineux.
On dirait la Vénus méchante
Qui préside aux amours haineux.

Cette Vénus, mauvaise mère,
Souvent a battu Cupidon.
Ô toi, qui fus ma joie amère,
Adieu pour toujours… et pardon !

Dans son cadre, que l’ombre moire,
Au lieu de réfléchir mes traits,
La glace ébauche de mémoire
Le plus ancien de mes portraits.

Spectre rétrospectif qui double
Un type à jamais effacé,
Il sort du fond du miroir trouble
Et des ténèbres du passé ;

Dans son pourpoint de satin rose,
Qu’un goût hardi coloria,
Il semble chercher une pose
Pour Boulanger ou Devéria ;

Terreur du bourgeois glabre et chauve,
Une chevelure à tous crins
De roi franc ou de lion fauve
Roule en torrent jusqu’à ses reins.

Tel, romantique opiniâtre,
Soldat de l’art qui lutte encor,
Il se ruait vers le théâtre
Quand d’Hernani sonnait le cor.

… La nuit tombe et met avec l’ombre
Ses terreurs aux recoins dormants.
L’inconnu, machiniste sombre,
Monte ses épouvantements.

Des explosions de bougies
Crèvent soudain sur les flambeaux !
Leurs auréoles élargies
Semblent des lampes de tombeaux.

Une main d’ombre ouvre la porte
Sans en faire grincer la clé.
D’hôtes pâles qu’un souffle apporte
Le salon se trouve peuplé.

Les portraits quittent la muraille,
Frottant de leurs mouchoirs jaunis,
Sur leur visage qui s’éraille,
La crasse fauve du vernis.

D’un reflet rouge illuminée,
La bande se chauffe les doigts
Et fait cercle à la cheminée
Où tout à coup flambe le bois.

L’image au sépulcre ravie
Perd son aspect raide et glacé ;
La chaude pourpre de la vie
Remonte aux veines du Passé.

Les masques blafards se colorent
Comme au temps où je les connus.
Ô vous que mes regrets déplorent,
Amis, merci d’être venus !

Les vaillants de dix-huit cent trente,
Je les revois tels que jadis.
Comme les pirates d’Otrante
Nous étions cent, nous sommes dix.

L’un étale sa barbe rousse
Comme Frédéric dans son roc ;
L’autre superbement retrousse
Le bout de sa moustache en croc.

Drapant sa souffrance secrète
Sous les fiertés de son manteau,
Pétrus fume une cigarette
Qu’il baptise papelito.

Celui-ci me conte ses rêves,
Hélas ! jamais réalisés,
Icare tombé sur les grèves
Où gisent les essors brisés ;

Celui-là me confie un drame
Taillé sur le nouveau patron
Qui fait, mêlant tout dans sa trame,
Causer Molière et Calderon.

Tom, qu’un abandon scandalise,
Récite Love’s labours lost,
Et Fritz explique à Cidalise
Le Walpurgisnachtstraum de Faust.

Mais le jour luit à la fenêtre ;
Et les spectres, moins arrêtés,
Laissent les objets transparaître
Dans leurs diaphanéités.

Les cires fondent consumées ;
Sous les cendres s’éteint le feu ;
Du parquet montent des fumées…
Château du Souvenir, adieu !

Encore une autre fois Décembre
Va retourner le sablier.
Le Présent entre dans ma chambre
Et me dit en vain d’oublier

 

 

 

 

 

 

 

 

 

TEOFİL QOTYE.  QARATOYUQ

gautier_big-min

   Le merle

Budaqda bir quşun nəğməsi dinir,

Ümidlə doludur, şən və xumardır.

Qırovdan ağaran çəmənə enir,
Çəkmələr sarıdır, frak qaradır.

 

Sadəqəlb nəğməkar qaratoyuqdur,
Təqvimdən xəbəri olmaz heç zaman.

Günəşi arzular həmişə, qoşur,
Aprel nəğməsini fevral ayından.

 

Fəqət külək əsir, yağır durmadan,
Arvsa mavi Ronu saraldır daha.

İpəklə bəznmiş salon da qoymur,

Qonağı ocaqdan aralanmağa.

 

 

Sincab xəzi atıb çiyninə dağıar,
Hakim tək ciddidir oturuşları.

Müzakirə edir ağ tribunal,
Niyə uzanıbdır görən qış belə.

 

 

Qanadını didib parıldadaraq,
İnadla oxuyur nəğməsini quş.

Baxmır nə yağışa, nə də ki qara,
İnanır bahara basılacaq qış.

 

Deyinir, gecikən sübhü danlayır,
Durmur indiyəcən yataqdan şəfəq .

Üşüyən çiçəyi ciddi qınayır,
Deyir ki, bəs yazın haçan gələcək.

 

Kölgələr dalında görür gün doğur,

Beləcə məbədə gələndə mömin,
Səcdəgah boşsa da, həmişə duyur,

Tanrını, elə bil lap yanındadır.

 

 

Onun təbiətə etibarı var,
İnstinkti duyur qanunu çünki.

Fəlsəfən bu quşda gülüş doğurar,
Elə müdrik deyil o sənin kimi.

 

Fransızcadan tərcümə

03-04. 10. 2018, Samara

+++++++++++++++++++++++

Théophile Gautier

Le merle

Un oiseau siffle dans les branches
Et sautille gai, plein d’espoir,
Sur les herbes, de givre blanches,
En bottes jaunes, en frac noir.

Читать далее