Архив тегов | Baratınskinin şeirləri

YEVGENİ BARATINSKİ. “İSTEDADDA MİSKİNƏM, SƏSİM DƏ DEYİL UCA…”

Без названия (11)

İstedadda miskinəm, səsim də deyil uca,

Fəqət yaşayıram mən, dünyada varlığıma,

Düşünürəm kiminsə yəqin ki, marağı var:

Onu uzaq törəməm bəlkə bir gün tapacaq
Mənim şeirlərimdə; kim bilir? Görüşüncə,

Qəlbiylə qəlbim onun qatılar ünsiyyətə

Necə ki, dost tapmışam mən həməsrlərimdə,

Oxucumu taparam törəməmdə eləcə.

1828

ruscadan tərcümə

17.02. 2022, Samara

+++++++++++++

ЕВГЕНИЙ БАРАТЫНСКИЙ

Мой дар убог, и голос мой не громок,

Но я живу, и на земли мое

Кому-нибудь любезно бытие:

Его найдет далекий мой потомок Читать далее →

YEVGENİ BARATINSKİ. ÜMİDSİZLİK

Xoşbəxtlik arzusunu verdi tanrılar mənə,

Onu tələb edirdim mənsə yerdən və göydən.

Uzaqdan səsləyib “gəl” deyən xülya izinə

Düşüb həyat yolunu keçdim yarıyacan mən.

—

Taleyin nazlarına xidmət etmirəm daha:

Xoşbəxtliyə bənzəyən istirahətlə xoşbəxt,

Bu həddən də baxıram indən belə həyata,
Təzimlə göstərirəm yol gedənlərə hörmət.

1823

ruscadan tərcümə

04.03. 2022, Samara

++++++++

ЕВГЕНИЙ БАРАТЫНСКИЙ

Безнадежность

Желанье счастия в меня вдохнули боги;

Я требовал его от неба и земли

И вслед за призраком, манящим издали,

Жизнь перешел до полдороги, Читать далее →