Архив тегов | Əşrəf ağa Kəngərli

RUS NƏ DİNİNİZİ, NƏ ADLARINIZI DƏYİŞİB, ONA İŞĞALÇI DEYİRSİNİZ, DİNİNİZİ, DİLİNİZİ, ADLARINZI, ZEHNİYYƏTİNİZİ DƏYİŞƏN ƏRƏBƏ NİYƏ İŞĞALÇI DEMİRSİNİZ?

Facebook-da “Naxçıvanlılar” səhifəsində bir atlının şəkli qoyulub. Şəklin 1892-ci ildə çəkildiyini yazan Babək Rəcəbli davam edir: “Məşhur süvari döyüşçü Əşrəf ağa Kəngərli.Çox qiymətli, əvəzi olmayan fotodur.1892 -ci ildə Naxçıvanda çəkilib.Çünki bu fotoda döyüş atının başında kapor var.Kapor atın başına bağlanan qırmızı rəngli qanovuzdur,atlas parçadır, üzəri toxunub. Kaporlar incə zövqlə toxunur. Kəngərli hərb tarixi olduqca qədimdir”. (Cənab Rəcəbli necə yazıbsa, elə də saxlayıram – savad problemi var…)

“Kapor” sözü məni maraqlandırdı, İnternetdə axtardım. Cavab: “Tarixi: İlk dəfə XIX əsrin əvvəllərində Avropada qadın modasında peyda olmuşdur. O dövrdə kaporlar sərt kənarları olan və lentlə çənə altından bağlanan qadın şlyapaları idi.

Müasir geyimdə: Bu gün kapor tamamilə yenidən dəbə qayıdıb. Müasir kaporlar əsasən trikotajdan, yundan və ya kaşmirdən toxunur. Kapüşona bənzəyir, lakin boyun hissəsi bir az daha uzun və dar olur ki, soyuqdan tam qorusun. Həm idman, həm də klassik üslubla rahat uyğunlaşır.”

Göründüyü ki, kaporun nə atla, nə atın başı ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanlının uydura bildiyini şeytan özü uydura bilməz – bunlar hardan, necə qadın geyimini atın başına bağlayıblar?

İndi şərhlərə baxaq:

Dilşad Kəngərli

Ulu. Babamız. Atamın. Babası. Əşrəf. Ağa. Allah. Atam. Tapdıq. Kəngərli. babamız. Əmirsuvar. Bəyə. Ulu. Babamız. Əşrəf. Ağaya. rəhmət. eləsin

Hikmet İbrahimoglu

Savaşlarda qan töküb qalib olsaqda masalarda uduzduq. Güc birliyimiz oldu əfsuslar olsun ki, fikir söz birliyimiz olmadı. Çöldən və içdən bizi bölüb parçaladılar. Bais olanların Rəbbim min bəlasını versin.

Atilla İsmayıl

Kangar Kengerliler pecheneg qipchag soyludular ve biz Qazaglilarnan yani Qarapapaglarnan eyni soydandilar.Yashasin Turk milletinin sherefli ogullari

Namiq Aliyev

Azərbaycan xalqının tarixində əhəmiyyətli dərəcədə xidmət göstərmiş ŞƏCƏRƏSİNİN öyrənilməsi və tədq

 

Fizzə Məmmədova

Duruşundan, əzmindən, vüqarından böyüklük yağan KİŞİ, Allah qəni qəni rəhmət eləsin.

Və belə cəfəng şərhlərin sayı 58-dir. İndi görək 1892-ci ildə  Əşrəf ağa Gəngərli hansı ordunun süvari dəstəsində xidmət edə bilərdi? Əlbəttə, Rusiya ordusunda! Başqa harda?

Tarixi biliklərim çox zəif olduğundan Süni İntellektə müraciət edirəm. Süni İntellktin verdiyi çox ətraflı məəlumatın kiçik, ancaq çox vacib hissəsi budur:

“Kəngərli Süvariləri (Kəngərli Atlı Dəstəsi)

1828-ci ildə, Naxçıvan xanlığı ləğv edildikdən dərhal sonra Rus-Türkiyə müharibəsi (1828–1829) zamanı Kəngərli süvariləri adlı qeyri-nizami (irrequlyar) hərbi birləşmə yaradıldı.

Komandanlıq: Dəstəyə məşhur polkovnik (sonradan general-mayor) Ehsan Xan Naxçıvanski (Kəngərli) rəhbərlik edirdi. Döyüş meydanında isə süvarilərə onun qohumu Fərəculla bəy Kəngərli başçılıq edirdi.

Geyim və Silahlar: Süvarilərin tünd göy rəngli dik yaxalıqlı xüsusi formaları, uclu papaqları və üzərində yaşıl rəngli parça səkkizguşəli ulduz nişanları var idi. Silah olaraq tüfəng, tapança və xəncərdən istifadə edirdilər.

Müqəddəs Bayraq: Göstərdikləri rəşadətə görə imperator I Nikolay tərəfindən Kəngərli süvarilərinə üzərində dövlət gerbi və imperatorun venzeli olan yaşıl rəngli fəxri bayraq bağışlanmışdı.”

Yəni gəngərlilər rus ordusunun tərkibində dönə-dönə indi qardaş dediyimiz türklərlə vuruşublar. Özü də könüllü  olaraq orduya qoşulublar, çünki Rusiya imperiyası Cənubi Qafqazın və Orta Asiyanın müsəlmanlarını hərbi xidmətdən azad edərək onu vergi ilə əvəz etmişdi…

Yəni atın belindəki bu kişi rus ordusunun könüllüsüdür. Təkrar edirəm ki, Rus çarları müsəlman əhalini hərbi mükəlləfiyyətdən azad etmişdi.

Gəngərlilərin törəmələri ulu babaları ilə fəxr edirlər.

Rus ordusunda general rütbəsi almış azərbaycanlılarla bütün millət fəxr edir.

Sual: onda niyə Rusiyanı işğalçı adlandırırsınız?

Rusiya sizin dininizi dəyişməyib, adlarınızı dəyişməyib, sizi hərbi xidmətə cəlb etməyib, ancaq siz onu işğalçı adlandırırsınız. Rusiya hardan işğalçı oldu?

Ərəblər sizin dininizi dəyişib, adlarınızı dəyişib, dilinizi, həyat tərzinizi, bütün zehniyyətinizi dəyişib, ancaq soz onları işğalçı adlandırmırsınız, əksinə onlara məhəbbətiniz o qədərdir ki, min üç yüz il əvvəl öz aralarındakı davalarda ölənlərinə ilin qırx ya əlli gününü yas tutursunuz?

Sizin ağlınız yerindədir?

 

 08. 11. 2026, Samara