Архив тегов | futbol üzrə dünya çempionatı

«BU ŞILTAQ VƏ YUMRU TOP UYUŞMUR KÖLƏLİKLƏ…»

İki min iki yüz metr dəniz səviyyəsindən

Yüksəklikdə yerləşən stadionda rəsmən,

Səksən bir mindən bir az futbol azarkeşi var

Hərçənd bəlkə bu rəqəm  yüz mindən də çox olar.

 

Bu kütlə axıb gəlib dünyanın hər yerindən,
Köpüklü dalğalarla coşan dənizdir indi.

Adamlar hər geyimdə, hər rəngdə, hər yaşdadır,

Məhəbbətdir futbola onları birləşdirən.

 

Oyunu udmalıdır komandalardan biri,
Təəssüf ki, uduzan tərk edəcək turniri.

Əlbəttə, bu, dramdır, amma faciə deyil,
Yenə bəxt sınanılar ötüb keçəndə dörd il.

 

Bir deyil, iki deyil sayı turnirlərin də,

Dolur stadionlar dünyanın hər yerində.

Əlbəttə, şişirdirəm, “hər yerində” deyərək,
Əfsus ki, öz ölkəmi istisna edəm gərək.

 

Nə dolu stadionu, nə oynayanları var,
Millətin ayağına çünki vurulub çidar.

Bu şıltaq və yumru top uyuşmur köləliklə,

Nə futbol, milləyt özü qovulursa təpiklə…

 

…Bu oyunda ingilis Meksikanı udacaq,

Bu, ali bir dramdır, faciə deyil ancaq.

Bizim həyatımızdır faciə tək yaşanan,

Çidarlanıb, top kimi çünki qovulur insan…

 

06. 07. 2026, Samara