Архив тегов | Gözəlliyə himn

ŞARL BODLER. GÖZƏLLİYƏ HİMN

бодлер.jpg

ŞARL BODLER

                         (1821-1867)

                GÖZƏLLİYƏ HİMN

                             

                                           Viens-tu du ciel profond ou sors-tu de l’abîme,

Uca göydənmi gəlirsən, ya qara girdabdan?

Ah Gözəllik! Sən həm günahsan, həm müqəddəslik.

Sən cinayət törədənsən və sən xeyir yaradan,
Sənin şəraba bənzədilməyin əbəs ki deyil.

—

Yayırsan aləmə tufanlı bir axşam tək ətir,

Sənin baxışlarında həm qürub yanar, dan həm,

Dodaqlarındakı cövhərdən igid içsə əgər,

İtər cəsarəti, oğlansa qəhrəmana dönər.

—

Uçurumlarmı yaratmış  səni, ulduzlar ya,

Tale əfsunlanıb, it tək sürünür ardınca.

Gah fəlakət törədirsən, sevinc də gah yayaraq.

Hər şey əmrindədir, hər şeydən azadsan ancaq.

—

Keçib meyitlərin üstüylə gedirsən gülərək,

Uyuşur daş-qaşında cazibə bu dəhşətlə.

Bərq vuran bər-bəzək içində sevgidən məst tək,

Rəqs edir qarnının üstündə Ölüm şiddətlə.

—

Düşərək sehrinə dövrəndə uçur Pərvanə,

Alışıb yansa da o, atəşini alqışlar.

Beləcə aşiq üzülcək sığınır sevdiyinə,

Çəkir  öz qəbrinə o sanki can üstündə sığal.

—

Səni göylər ya cəhənnəm yaradıb — yox fərqi,
Ah, Gözəllik! Həm əcayibsən, həm də məsumsan.

Gülüşülərində, gözlərində yazılmış qərqim,
Sirli sonsuzluğa ki, görməz onu bir insan.

—

Tanrı, İblismi yaratmış? Mələksən, İfritə ya? — 

Nə fərqi var, yeganə, hakimim, Məleykəm, əgər,

Sənin ətrin və musiqinlə bizim dünyanın

Azalır dəhşəti, yüngülləşir zaman yükü də?

1860

Fransızcadan tərcümə

13-16.10.2017

Samara