Архив тегов | horra

Robert FROST. BAŞDAN GÖTÜRÜB AYAĞA QOYMAQ

                                                    

 (ON TAKİNG FROM THE TOP TO BROADEN THE BASE)

Yağdır gəlsin daşını,

Ey gödək, qoca ehram!

Sonuncu daşyağımın,

Unudulubdur tamam.

 

Zirvən yastı-yapalaq,

Genişdir ətəyinsə —

Daşı başdan aşağı,

Dığırlada biləsən.

 

Yetər amma söz düşə —

Sanki dama daş atdın.

Zərbə — qırıldı şüşə,

İstədiyi sübutdur.

 

Qorxu sarmış əllərin,

Əlləşincə qıfılla,

Sel kimi axıb gəlir,

Qapıya soyuq horra.

 

Kimsə yox gülə indi:

Gör qoca dağ nə edir!

Götürür zirvəsindən,

Əsasına endirir.