Архив тегов | Leyla Yunus həbs

MİLLƏTİN XƏBƏRİ VAR: EYNULLA — HÖRİZONTAL, İQTİDARSA VERTİKAL…

İuda öz müəllimi və rəhbərini, yəni İsanı 33 gümüş pula satmış, sonra isə elədiyinin xəcalətindən özünü öldürmüşdü.

Eynulla Fətullayev nəinki qətlə yetirilmiş dostu, həmkarı xatirəsini satdı. Eynulla Fətullayev özünün peşə reputasiyasını, bir kişi, vətəndaş kimi abrını, qeyrətini də satdı. İndi İstambuldan milləti salamlayır. Uzun illər ərzində əsl jurnalistikaya parodiya olan, dönə-dönə namuslu insanları ləkələmək, tutdurmaq üçün vasitə, instrument olmuş Haqqin.az-ı SOCARa satıb gedib İstambulda qazandıqlarını yeməyə.

İuda bizim satqınlara və satılmışlara nümunə deyil.

Oxuculara İstambuldan yazdığı müraciətində də Eynulla Fətullayev, son iyirmi il ərzində olduğu kimi, səmimi və doğrucul deyil. Guya həbsdən sonra haqqın az saytını yaradanda məqsədi “müstəqil jurnalistikanı inkişaf etdirmək” olub. Azırbaycanda bu iddiaya inana bilən sadəlövh insanar var? Türmədən təzə çıxmış adamı kim qoyardı devizi “müstəqil jurnaistika” ola portal yaratsın? Məlum məsələdir ki, bu layihə prezident administrasiyasından çıxıb. Türmədən çıxmış adamın belə bir portalı işlətməyə vəsaiti hardan idi.

Və portalın sonrakı bütün fəaliyyəti də Eynullanın prezident administrasiyaı tərəfindən idarə olunduğunu göstərir. Və “yuxarının” komandası ilə portal vasitəsilə Eynullanın hər cür rəzilliyə, çuğulçuluğa, böhtançılığa, şərçiliyə hazır olduğu da saytın materiallarından məlumdur. Leyla Yunusun türmədə ayaqyoluna vizitlərini Eynulla Fətullayev məzələnə-məzələnə  təsvir etmirdimi? Nə qədər adam heç məhkəmə olmamış bu saytda “cinayətkar” adlandırılıb? Elə son vaxtlarda gördüyü “parlaq” işlərdən biri: Əvəz Zeynallının tutulmağında fəal rolu.

“Çyornoqo kobelya ne otmoyeş dobela” – rus məsəli deyir ki, qara köpəyi yuyub ağartmaq olmaz. Eynulla Fətullayev təkcə özü yox, ona rəğbəti olan başqa insanlar da onun haqqında nə qədər xoş sözlər desələr, o, təmizə çıxan deyil.

Eynulla Fətullayev iddia edir ki, Haqqın.az-ı başlayanda sərt siyasi rejim şəraitində müstəqil jurnalistikanın mümkünlüyünə inanıb. Və nümunə üçün Rusiyanın “Novaya qazeta”sını göstərir. Və oxucunu azdırır.

“Novaya qazeta” 1994-cü ildə yaranıb, Yeltsin dövründə. Yeltsin dövründə mətbuatda məhdudluqlar yox idi. Əksinə, yeni qəzetlər, televiziya kanalları yaranırdı. Qusinskiyə NTV  üçün Ümumrusiya tezliyini də Yeltsin vermişdi. “Novaya qazeta”nın problemləri Putinlə başladı. Politkovskayanı qapısının ağzında güllələdilər. Daha bir neçə jurnalist öldürüldü. Baş redaktor, Nobel laureatı Muratov inoagent elan olunub və qəzet əslində bağlanıb…

Vacib məsələ: Dmitri Muratov və onun komandası Putin admimistrasiyası ilə sövdəyə girməyib.

Eynulla yazır: “…mənim hakimiyyətlə bərabərhüquqlu və horizantal münasibətlərim olub. Heç vaxt əmr qulu olmamışam. Əmr qulu olan jurnalistlərə də nifrət etmişəm.”

Münasibətlərdə horizontallıq olubsa da, yalnız Eynulla tərəfindən olub. İqtidar həmişə vertkal vəzziyyətdə, Eynulla horizontal. Yəni uzanıb və dalını verib prezident adminstrasiyasının istifadəsinə…

Eynulla Fətullayev beynəlxalq jurnalistlik fəaliyyətindən yazır. Yadımızdadır. Fransız müsətələkəçiliyindən qan ağlayan adaya getmişdi. Azadlıq istəyən insanlara Əliyevdən salam aparmışdı…

Ba adamın dili doğruya gəlmir. Yazır ki, Kaliber” adlı kanalın olduğundan xəbəri yoxdur.

Gözünün içinəcən yalan deyir…

Yəqin İstambula yaxşı pulla gedib. Köhnə vaxtlar olsaydı, deyərdim ki, bir neçə kisə. İndi pullar kisədə daşınmır…

Ancaq kisə söhbəti aktuaı ola bilər. Əfqan Muxtarılının başına kisəni harda keçirib Azərbaycana yollamışdılar? Tək onu yox… Yəni kisə Eynullanın da başına keçə bilər.

Bəlkə o, Fransa ağalığından qan ağıayan dostlarının yanına getsin?

Hə?

 X.X.

10. 06. 2026, Samara