Архив тегов | qardaş ölümü

«HƏMİŞƏ BİRİNCİ SİNİFDƏSƏN SƏN…»

               Salmanın xatirəsinə

Həmişə birinci sinifdəsən sən,
Dərsdə birinciydin, tərbiyədə də.

Sonbeşik olsan da, birinci gedən,

Döndü ilk tətilin əbədiyyətə.


İllərlə divardan asılı çantan
Ananı ağlatdı gözü sataşcaq.
Övlad böyütməkdə nə var ki, çətin,
Övlad itkisidir ən ağır sınaq.

 

05. 08. 2026, Samara

FYODOR TYÜTÇEV. “İLLƏRLƏ YOLDAŞIM OLAN QARDAŞIM…”

TYÜTÇEV

İllərlə yoldaşım olan qardaşım,
Hamı gedən yerə sən də getdin həm.

İndi çılpaq dikdə mən dayanmışam,
Tənhayam, ətrafda heç nə görmürəm.

 

 

 

Burda durmağıma hələ çoxmu var?

Gün keçər, ya da il –dayanıb indi,
Zülmətə baxdığım yer də boşalar,

Və yox anlayışım  — sonrası nədir.

 

 

 

İz itər – yox olmaq asandır necə!

Mənsiz, mənlə ya da – varmı ehtiyac?

Hər şey həmin qalar – boranlı gecə,
Zülmət, həndəvərdə çöl uzanacaq.

 

 

 

Vaxt çatıb – saysızdır ağır itkilər,
Qaldı canlı həyat arxada çoxdan.

Daha yox öndəki – özüməm, təkəm,
Müdhiş növbədədir yerim haçandan.

 

1870

Ruscadan tərcümə

24-25.10. 2019, Samara

 

 

 

Брат, столько лет сопутствовавший мне,
И ты ушел — куда мы все идем,
И я теперь — на голой вышине
Стою один, — и пусто все кругом — Читать далее