Архив тегов | sənət haqqında şeirlər

ALEKSANDR PUŞKİN. “UCALTDIM ÖZÜMƏ MƏN MÖCÜZƏ BİR ABİDƏ…”

                                    Exegi monumentum[i]

Ucaltdim özümə mən möcüzə bir abidə
Ona xalq salan cığır ot bitirməz heç  zaman.

Əyilməz başıyla o daha da yüksəkdədir,

Aleksandr sütunundan.

—

Yox, tamam ölmərəm mən, rübaba ruhum köçər,
Yaşar, yaşadar məni, çürüməz cəsəd kimi.

Adım yaşar, dünyada bircə şair də əgər,

Yaşayar nə qədər ki.

—

Mənim sözüm-söhbətim dolaşar böyük Rusu,

Adım dinər ondakı dillərin hər birində:

Çöllər dostu kalmıkın, indi vəhşi tunqusun,

Slavyanın, finin də.

—

Mən əziz olacağam zaman keçincə xalqa,

Rübabımla çünki xoş duyğular oyatmışam.

Qəddar əsrdə nəğmə qoşmuşam Azadlığa,

Mərhəmət diləmişəm caniyə  qarşı da mən.

—

Qulaq as, ilham pərim, yalnız Tanrı deyənə,

Həmlədən çəkinmədən, çələng tələb etmədən,

Tərifi, həm böhtanı qəbul elə biganə.

Sarsağa baş qoş nə də.

1836

ruscadan tərcümə

03.01. 2022, Samara

================

Александр ПУШКИН

Я памятник себе воздвиг нерукотворный,
К нему не зарастет народная тропа,
Вознесся выше он главою непокорной
Александрийского столпа Читать далее →