Архив тегов | sevgi şeirləri

ROBERT BERNS. KƏND QIZI

Robert Burns

1.

Yayda ot biçini başa çatınca,

Qarğıdalı hələ zəmidə yaşıl,
Ağappaq çiçəkdir örüşdə yonca,

Xəlvət hər bucaqda qızıgül açır —

Deyir süd damında sevimli Bessi:

“Ərə gesəcəyım, vermişəm qərar”.

Bu dəm eşidilir qarının səsi:

“Yaxşı məsləhətin nə ziyanı var?”

2.

Az deyil, əlbəttə, sevənlər səni,

Ancaq sən cavansan, bilirsən özün.

Gözlə, seç ağılla sən eləsini,
Yaxşı ev-eşiyi, mətbəxi olsun.
Biri elə Joni, Baski-Qlendən,

Ambarı, tövləsi onun doludur.

Götür, əziz cücəm, sən onu məndən,

Kişi varlıdırsa, canı odludur.

3.

“Az danış o Joni Baski-Qlendən,

O, milçək qədər də gözümdə deyil.

Sevdiyi tarladır, bir də mal-heyvan,

Məni sevə bilməz belə adam, bil.

Robinin baxışı mehriban, qəşəng,

Ürəkdən vurulub, bilirəm, mənə.

Bircə baxışıni  mən dəyişmərəm,
Coninin özünə və sərvətinə”.

4.

“Başıboş qızcığaz, həyat — savaşdır,

Bütün ömür boyu çəkişmələr var.

Ancaq dolu əlli savaşı udur,

Ac qarına döyüş fəlakət olar.

Kimsə qızırqanır, kimsə xərcləyir,

İradə sahibi olmalı insan.

Qəşəng balam, pivə bişirəndə bil,

Bunu içəcəcəksən sonra özün sən.”

5.

“Ah,  mənə pul torpaq qazandıracaq,

Pulla almaq olar qoyun, qaramal.

Qızıla, gümüşə alınmaz ancaq,

Məhəbbət ki, incə ürəkdə yaşar.

Biz kasıb olarıq, Robi ilə mən,

Yüngüldür, asandır sevginin yükü.

Sevgidir əminlik, sevinc gətirən,

Kraliçalarda başqa nə var ki?”

 

ingiliscədən tərcümə

07. 07. 2024, Samara

++++++++++++

Robert BURNS

Country Lassie

1.
In simmer, when the hay was mawn
And corn wav’d green in ilka field,
While claver blooms white o’er the ley,
And roses blaw in ilka bield,
Blythe Bessie in the milking shiel
Says:- ‘ I’ll be wed, come o’t what will!’
Out spake a dame in wrinkled eild:-
‘ O’ guid advisement comes nae ill.’
Читать далее

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «NƏ QƏDƏR EŞQİMİZ, EY GÜL, BELƏ PÜNHAN OLACAQ…»

Əliağa Vahid

Vahidin bəzi qəzəlləri sualla başlayır:

“Nə qədər eşqimiz , ey gül, belə pünhan olacaq?”

Yəni şair deyir ki, eşqimiz haçanacan gizli qalacaq, çünki “aşikar eyləməyincə” “ürəyi qan olacaq”.

Əliağa Vahidin yadından çlıxlb ki, başqa bir qəzəlində tamam ayrı söz demişdi:

“Etibar olmaz özün göstərən aşiqlərdə,
Əhsən ol aşiqə cananını pünhanı sevir!”

Məsələ burasındadr ki, Vahidin qəzəllərinə nəinki sevgi şeiri, hətta şeir demək çətindir. Bu qəzəllərin  çoxu müğənnilərin sifarişi ilə, “dılöy-dəlöylə” oxumaq üçün yazılıb. Ona görə də bu mətnlərdə hansısa gerçək yaşantıların, ürək ağrılarının, konkret sevgi tarixinin ifadəsini axtarmaq mənasızdır. Vahid qafiyə seçir və illərlə işlətdiyi trafaretləri götürüb gedir qafiyənin dalınca.

“Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?”
Abır-həyada yer üzündə birincilərdən olan millətimizdə bu “imkan olacaq” ifadəsi necə başa düşülməlidir? Aşid “vəslə yetməyə” imkan axtarırsa, canan ismətli gözəl deyil, bəlkə də qədim peşə sahibidir…

Vəslə yetmək istəyirsən? Göndər elçini? Nec yəni “imkan”? Qızı otelə ya manatlıq evə aparmaq istəyirsən?

Sonra gül-bülbül cəfəngiyatı gəlir:

“Bəs haçan rəhm edəcək bülbülü — biçarəyə gül?”

Heç haçan! Bülbül harda, gül harda?
“Nə qədər bəs o fəğirin işi əfğan olacaq?”

Bülbülə heç olmasa bir dəfə qulaq asmış və bülbülü sərçədən ayıra bilən hər kəs bilir ki, bülbül “fəğan” eləmir, bülbül şən nəğmələr deyir, bülbülün nəğməsi xəstəyə dərmandır….

Bu beytə baxaq:

“Eşqdən başqa nə dərd olsa yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm necə dərman olacaq?”

1-ci misrada dedi ki, eşqdən başqa hər dərdə çarə var. Deməli, ayrılığıa da. 2-ci misrada deyir ayrılığa çarə yoxdur.

Mən Vahidin içkili yazdığını iddia eləmirəm, ancaq təkid edirəm ki, o lotu-potu üçün, avam kütlə üçün yazıb və basməmmədi yazıb.

“Öz xoşumla o qarə zülfə əsir oldum özüm…”

Yenə zülfə əsir oldu! “Özüm oldum…” Öz xoşuyla – bu necə olur?

“Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.”

Aha! Məclisə canan gələcək! İçki məclisinə! Birinci beytdə deyirdi ki, “eşqimiz haçanacan gizli qalacaq.» İndi məlum olur ki, cananla içki məclisləri qurur və yəqin ki, hər ikisi xirtdəyəcən vurur…

Kül bizim başımıza…

Bu mətnləri poeziya sayan insanların xəstə olduğuna kiminsə şübhəsi var? Mənim – yoxdur!

07. 06. 2024, Samara

ROBERT BERNS. ÖTƏN MAY BİR ADAXLI…

Robert Burns

1.

Ötən may bir adaxlı gəldi bizim düzənə,

“Dəli tək sevir məni” deyərək içdi and da.

Söylədim “zəhləm gedir kişilərdən” mən ona:

Lənət şeytana, niyə axı mənə inandı,

Niyə, lənət şeytana, mənə axı inandı!

2.

Qara gözlərimdəki oxlardan söz açaraq,

And içdi  sevgi dərdi üzüb öldürər onu.

Dedim ki, ölür ölsün, bir ayrısıyçın ancaq

Tanrı, keç günahımdan, yalan deyirdim bunu,

Tanrı qoy bağışlasın, yalan deyirdim bunu.

3.

Dedi təsərrüfatı var səliqəli, qaydalı,

Hazırdır toy eləyə lap elə günü sabah.

Mənsə gizlətdim məni bunlar maraqlandırır,

Düşündüm hərçənd çətin ondan yaxşısı gəlsin,

Ancaq düşündüm çətin ondan yaxşısı gəlsin.

4.

İndi görün nə oldu! İki həftə keçmədən,

(Şeytanın iştirakı olub bu işdə hökmən!)

Əmiqızım Besslə o, ara düzəltdi birdən.

Nənə, gör ona necə nifrət eləyirəm mən –

Əmim qızına necə nifrət eləyirəm mən!

5.

Sığallanıb yaxşıca gələn həftəsə ancaq,

Getdim mən Dlaqanroka, mal-heyvan bazarına.

Vəfasız sevgilimi  gördüm mən ora çatcaq,

Canıma yanğı düşdü orda baxanda ona,

Ruh görürdüm elə bil baxan zaman mən ona.

6.

Sol çiynim üstdən ancaq saldım ona mən nəzər,

Qonşular deməsinlər üzlüyəm, utanmazam.

Adaxlı sıçrayırdı, içkili adam sayaq.

And içdi ki, təkcə mən qəlbi istəyən qızam.

And-aman etdi tək mən qəlbi istəyən qızam.

7.

Əmiqızımdan sual verdim ədəblə ona,

Açılıbmı, nəhayət, dedim, kar qulaqları,

Ayaqqabı tapırmı əyri ayaqlarına?

İlahi, dizi üstdə, o necə də yalvarir –

Düşərək disi üstdə, ah, necə də yalvarır!

8.

Tanrıya and verdi ki, ona ərə gedim mən,

Onu öldürəcəyəm, yoxsa salıb azara;

Qurtarmaq xatirinə zavallını ölümdən,
Gərək ona gedəm mən lap elə günü sabah —

Ona getməliyəmlap elə günü sabah!

1795

ingiliscədən tərcümə

04.07. 2024, Samara

++++++++++++

ROBERT BURNS

Last May A Braw Wooer

1.
Last May a braw wooer cam down the lang glen,
And sair wi’ his love he did deave me.
I said there was naething I hated like men:
The deuce gae wi’ him to believe me, believe me —
The deuce gae wi’ him to believe me!
Читать далее

ROBERT BERNS. İCAZƏ VER GİRİM BU GECƏLİYƏ    

Robert Burns

XOR

Ah, icazə ver ki, bir gecəliyə,

Bircə gecəliyə, bu gecəliyə.

Ah, icazə ver ki, girim içəri,

Bircə gecəliyə, bu gecəliyə!

1.

Əzizim, sən bəlkə yatırsan artıq,
Bəlkə də oyaqsan, danış ki, bilim.

Bağlanıb sevgiylə əlim-ayağım,

Həsrətindəyəm, aç qapını, gəlim.

2.

Çöldə qış küləyi, islanıb əynim,

Göydə ulduzlar da sönübdür yəqin!

Rəhm elə, qıçlarım üzülür mənim,

Qoru bu qar-yağışdan məni, gözəlim.

3.

Qışın sərt küləyi məni döyəclər,

Yıxılsan, haraya gəlməz bir nəfər.

Bütün dərdlərimə səsəb, ey gözəl,
Sənin ürəyinin soyuqluğudur.

                  QIZIN CAVABI

                  XOR

Sənə deməliyəm bu bircə gecə,

Bax, bu bircə gecə, bu bircə gecə,

Bütün gecələr də elə beləcə,
Qoymaram içəri səni, əzizim.

1.

Küləkdən, yağışdan nağıllar demə,

Soyuqürək deyib məni qınama.

Gəldiyin yolla da geri dön yenə,

Qoymaram içəri səni, əzizim.

2.

Zülmət saatlarda vıyıldar külək,

Sərsəri islanar iliyinədək —

Bu nədir? Vəfasız kişiyə aldanıb ürək,
Verən qız bəs nələr çəkir əzizim?

3.

Çəməni bəzəyən ən qəşəng çiçək,

İndi tapdalanıb rəzil alaq tək —

Adi qızdan sən dərs alasan gərək,

Daha özünündür qərar, əzizim.

4.

Qəlbini yay günü alan quş indi,

Zalım bir ovçunun qənimətidir,

“Onunla taleyim mənim eynidir” –

Səfeh qadın sənə deyər, əzizim.

1795

ingiliscədən tərcümə

02-03. 07. 2024, Samara

++++++++++++++++

ROBERT BURNS

O, Let Me In This Ae Night

Chorus
O, let me in this ae night,
This ae, ae, ae night!
O, let me in this ae night,
And rise, and let me in! Читать далее

ROBERT BERNS. MƏNİM ZAVALLI EŞQİM          

      Robert Burns    

XOR

Yanımda olaydın, sevgilim, indi,

Yanımda, yanımda, yanımda ancaq.

Məni, mehribanım, sevindirərdin,

Nəfəsi nəfəsə qarışdıraraq.

            1.

Gəzirəm uzaqda mən indi sənsiz,

Ah, zavallı eşqim, gedib dincliyim,

Səndən çox uzağam, tale amansız,

Ən çox da taledir gileyləndiyim.

             2.

Yığıb qış səması qaşqabağını,

Qönçə ümidləri soyuq sarsıdır.

Yeganə mənzilim, sığınacağım,

Eşqim, qollarıının arasındadır.

               3.

Dostluq soyuyaraq dəyişən zaman,

Tale oxlarını zəhərlər yəqin.

Sadiq ürəyini qırmayım, aman,
Söylə ki, bu tale mənimdir, eşqim.

             4.

Fəqət ötüb keçər qüssəli anlar,

Ümid ver ki, yenə biz görüşərik

Tək bu xoş təsəlli şüası ancaq,
Yansın başın üstdə, Xloris, eşqim.

 

ingiliscədən tərcümə

25-26.06. 2024, Samara

+++++++++++

Robert BURNS

Forlorn My Love

 

Chorus

O, wert thou, love, but near me,
But near, near, near me,
How kindly thou would cheer me,
And mingle sighs with mine, love!


1.
Forlorn my love, no comfort near,
Far, far from thee I wander here;
Far, far from thee, the fate severe,
At which I most repine, love.

 


2.
Around me scowls a wintry sky,
Blasting each bud of hope and joy,
And shelter, shade, nor home have I
Save in these arms of thine, love.


3.
Cold, alter’d friendship’s cruel part,
To poison Fortune’s ruthless dart!
Let me not break thy faithful heart,
And say that fate is mine, love!

 


4.
But, dreary tho’ the moments fleet,
O, let me think we yet shall meet!
That only ray of solace sweet
Can on thy Chloris shine, love!

ROBERT BERNS. “KİMDİR ORDA MƏNİM QAPIMI DÖYƏN?”

Robert Burns

“Kimdir orda mənim qapımı döyən?”

“Əlbəttə ki, Findley, kim olar ayrı?”

“Çıx get, orda gərək olmayasan sən!”

“Yox, yox, olam gərək!” Findley söyləyir.

“Qapımı kəsmisən niyə oğru tək?”

“Gəl özün bax niyə”, — söylədi Findley.

“Gecə istəyirsən xata törətmək?”

“Yəqin törədərəm”, — söylədi Findley.

 +

“Durub səni birdən buraxsam əgər?”

“Aç qapını girim”, — söylədi Findley.

“Yatmağa qoymazsan səhərə qədər”.
“Qoymaram yatasan”, – söylədi Findley.

“Mənim mənzilimdə qalsan əgər sən”;

“Qoy qalım yanında”, — söylədi Findley.

“Qorxuram qalasan sübhə qədər sən”;

“Yəqin ki, qalaram”, — söylədi Findley.

 +

“Bu gecəni burda qalsan əgər sən;”

“Yəqin qalacağam”, — söylədi Findley.

“Qorxuram bu yolla yenə gələsən”.

“Əlbəttə, gələrəm”, söylədi Findley.

“Baş verər bu evimdə nələr o zaman!”

“Çoc gözəl, baş versin”, söylədi Findley.

“Sirri saxlayasan gərək sonacan!”

“Yəqin saxlayaram”, — sölədi Findley.

ingiliscədən tərcümə

22.06. 2024, Samara

 ++++++++++++++

ROBERT BURNS


Wha Is That at My Bower-door?

 

WHA is that at my bower door?

  O wha is it but Findlay?

Then gae your gate, ye’se nae be here!

  Indeed maun I, quo’ Findlay.

What mak ye sae like a thief?

  O come and see, quo’ Findlay;

Before the morn ye’ll work mischief;

  Indeed will I, quo’ Findlay. Читать далее

ROBERT BERNS. AYRILANDA İLK ÖPÜŞ

Robert Burns

Şirin duyğuların nəm möhürüdür,

Ən incə rəhnidir gələcək həzzin.

Ülfətin qırılmaz bağını hörür,

Sevginin ilk qarı — safı, təmizi.

+

Asta danışıqdır, sözlü lal baxış,

Odun alışmağı, uşaq oyunu.

Qümri nəvazişi, bakirə ağuş,

Qızaran danıdır gələcək günün.

+

Son hərəkət — sevinc qəmə dönəndə,

(İndi ayrılalar dodaqlar gərək).

Səninki tək çılğın, səmimi həm də,

Sevgi ayrı nə söz deyə biləcək?

1791

İngiliscədən tərcümə

19.06.2024, Samara

+++++++

ROBERT BURNS

THE FİRST KİSS AT PARTİNG

ROBERT BERNS. VARDI BİR SEVİMLİ QIZ…

Robert Burns

Bir qız vardı sevimli, necə də sevimli, ah,

Sevdiyi oğlan isə mehribandı, həm gözəl.

Bir gün hərbin həyəcan təbili çalınanda,

Göz yaşıyla və ahla ayrıldı sevgililər.

+

Dənizin o tayında toplar guruldayırdı,

Biganəydi qorxuya gözəl oğlan hələ də.

Sevdiyi gözəl idi yeganə bu dünyada,

Onu qorxuda bilən, onu fəth eləyən də.

ingiliscədən tərcümə

17.06. 2024, Samara

×××××××××××××

ROBERT BURNS

THERE WAS A BONIE LASS

There was a bonie lass, and bonie, bonie lass,

And she lo.ed her bonie laddie dear,

Till war loud alarms tore her laddie,

WI. monie sigh and frea her  arms tear…

ROBERT BERNS. “SEVMİŞƏM GÖZƏL BİR QIZI BİR ZAMAN…”

Robert Burns

Sevmişəm gözəl bir qızı bir zaman,
Mən onu indi də sevirəm, bəli.
Bu nəcib hiss canda yaşayanacan,
Qəlbimə hakimdir sevimli Nelli.

2.

Görmüşəm, əlbəttə, sevimli qızlar,
Çoxu onların da eləcə gözəl,

Nellinin bir ayrı məlahəti var,
Heç zaman görmədim mən ona bənzər.

3.

O sevimli qıza, deməliyəm mən,
Baxdıqca doymazsan, baxarsan yenə.

Gözəl cəhətlər var onda xüsusən,
Onlara görə də xoş gəlir mənə.

4.

Nelli qanışırin, xoşüz, mehriban,

Ən çox bəyəndiyim ondasa ancaq,

Reputasiyadır ləkəsiz-filan,
Bir də gözəllikdir qənirsiz və saf..

5.

Səliqəli, təmiz həmişə donu,
Ləyaqətlidir həm, həm də ki, incə.

Var yerişində də nə isə onun,
Ona yaraşacaq, geyinə necə.

6.

Bəzəkli pal-paltar, xoş üz və görkəm,
Ürəyə yüngülcə toxuna bilər.

Ancaq məsumluq və təvazö hökmən,
Cilalı ox kimi sinəni dələr.

7.

Mənim bəyndiyim Nellidə budur,
Budur ürəyimi ovsuna salan.

Qəlbimin hakimi, sultanı odur,

Dinməzcə tabeyəm ona hər zaman.

ingiliscədən tərcümə

02. 06. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

O, Once I Lov’d A Bonie Lass

1.
O, once I lov’d a bonie lass,
Ay, and I love her still!
And whilst that virtue warms my breast,
I’ll love my handsome Nell. Читать далее

ROBERT BERNS. ELİZADAN AYRILANDA

Robert Burns

                  1.

Səndən, Eliza, mən ayrılam gərək,
Doğma sahillərdəm gərək ayrılam.

Atır aramıza amansız fələk,

Hüdusuz, okean — coşub-gurlayan.

Olsa da Sevgimlə mənim aramda,

Hüdudsuz, gurlayan, coşub-gurlayan.

Bil ki,  ürəyimi, ruhumu o da,
Ayrı sala bilməz səndən heç zaman.

                     2

Vurğunu olduğum gözəl, əlvida,

Əlivida, əlvida, əziz Eliza.

Öndeyən səs dinir qulaqlarımda,

Görüş qismət deyil bir daha bizə.

Fəqət ölüm məni haqlasa qəfil,

Sussa son döyüntü əgər sinəmdə,

Sənindir, Eliza o döyüntü, bil,

Sənindir eləcə son nəfəsim də.

1788

ingiliscədən tərcümə

01. 06. 2024, Samara

===============

ROBERT BURNS

From Thee Eliza


1.
From thee Eliza, I must go,
And from my native shore:
The cruel fates between us throw
A boundless ocean’s roar;
Читать далее