Архив тегов | ZEBR HAQQINDA

«QARA ASLFALT ÜSTDƏ DÖRD-BEŞ AĞ ZOLAQ…»

Zebr nədir? Bütün piyadaların,
Yəqin ən hörmətli yeridir zebr.

Zebrdə piyada arxayın gedir,

Sürücü olsa da hampazor harın.

 

Qara asfalt üstdə ağ zolaqların,
Elə ki üstünə çıxır piyada,
Minir o sanyə qüvvəyə qayda,

Keçib gedir yolu o da arxayın.

 

Rolls roys ola və ya Buqatti,,

Sürücü təcili əyləci basır.

Bəlkə dişi kəsir lap bağırsağı,

Qayda pozmağasa yox cəsarəti.

 

Piyadasa gedir…Məni götürək —
Gedirəm arxayın, gedirəm asta,

Məsafə on-on beş metr olsa da,

Məzəsi uzağın səyahəti tək.

 

Harda bu hörməti daha görərik?

Harda sıraviyə harın yol verir?

Bu zebr bəlkə də yeganə yerdir,
Pozulmaz qayda var, yox böyük, kiçik.

 

Hər yeri zəbt edib hampazor, harın,
Parlament, məhkəmə əllərindədir,
Dünyanı top kimi onlar hərlədir,

Birləşmək vaxtıdır piyadaların!

 

Qara asfalt üstdə dörd-beş ağ zolaq,
Zebr – bayrağımız, zebr – rəmzimiz,

Nəticəsiz qalmaz mübarizəmiz,

Özümüz qanuna sayqılı olsaq…

 

09. 05. 2026, Samara