O for my sake do you with Fortune chide…
Bilirəm Fələyi təkcə günahkar,
Sayırsan yaramaz əməllərimə.
İndi çörəyim də kütlədən çıxar,
Olmalıyam kütlə səviyyəli mən.
Yaranmış adımda damğa beləcə,
Dəyişib işim də təbiətimi.
Əli boyaqçının dəyişər necə:
Tanrıya üz tut ki, bəlkə dəyişdim.
Müti xəstə kimi içə bilərəm,
Ödü, sirkəni də, varsa azarım.
Acı gəlməz acı; islaha görə,
Nə cəza verilə, saymaram ağır.
Eləsə, əziz dost, mənə rəhm elə,
Sağala bilərəm mərhəmətinlə.
İngiliscədən tərcümə
07.04.2018
Samara
QEYD: Birinci bənddə şair aktyorluq fəaliyyətinə işarə edir.