BU ADAMA MƏN NƏ DEYİM? BƏLKƏ “QURUMSAQ”?

Mehman_Əliyev.jpg

Əvvəl rusca yazmaq, adını “Засранец» qoymaq istəyirdim, çünki cənab Mehman Əliyevə bu söz “xançala gümüş kimi” yaraşır, ancaq fikrimi dəyişib öz dilimizdə yazıram.

Bu adamı əslində 2017-ci ilin yayında, həbs olunan vaxt tanımışam. O vaxtacan hərdən, ayda-ildə bir dəfə Contact.az saytının ruscasına baxır, ancaq onun Turan agetliyinə aidliyini bilmir və rəhbərinin kim  olduğu ilə maraqlanmırdım. Tutulanda Mehman Əliyevin 60 yaşı vardı və bu yaşda adamın türməyə salınmağı məni doğrudan darıxdırmışdı – başqa güclü sözlər işlətmək istəmirəm. Və Mehman Əlieyev həbsdə olduğu günlərdə öz bloqumda, Facebook səhifəmdə az qala hər gün bu barədə yazırdım. Məni populyar adam deyiləm, yazdıqlarımı iki cüt bir tək adam oxuyur, buna görə də mənim yazıb-yazmamağımın Mehman Əliyevə bir istiliyi-soyuqluğu ola bilməzdi. Ancaq mənim əlimdən gələn o idi, onu da elədim. Və buna görə Mehman Əliyevdən minnətdarlıq gözləmək eşşəklik olardı.

Bu öz yerində. Tezliklə Mehman Əliyevi azad elədilər. Buna sevinməmək olmazdı, hərçənd onun “yuxarıya” yalvaryaxarlı məktub yazmağı onu mənim gözümdən saldı…

Əlavə etməliyəm ki, Mehman Əliyev həbsdə olanda mən Contact.az saytında ona həsr olunmuş materiallara bir neçə dəfə şərh yazmışam. Və bu şərhlər çap olunub. Əlbəttə, bu şərhlərin də Mehman Əliyevin azad olunmağına iynəni ucu boyda təsiri ola bilməzdi. Bunu xatırlamağımın səbəbi ayrıdır.

Təxminən yarım il əvvəl Contact.az saytında Ermənistanla münasibətə həsr olunmuş bir məqaləyə kiçik şərh yazdım. Çap olunmadı. O vaxtdan bu sayta girmirdim. Bu yaxınlarda şeytan məni azdırdı, Contact.az-ı açdım. Ədəbiyyat mövzusunda bir məqalə nadanlığı ilə məni o qədər darıxdırdı ki, özümə qoyduğum qadağanı pozub şərh yazdım.

Çap olunmadı!

Turan agentliyi, Contact.az saytı öz xərcini özü qazana bilməz, yəni bu sayt hansı mənbələr əsasındasa maliyyələşdirilir. Yəni hansı şəxssə, ya hansı təşkilatsa bu sayta vəsait qoyur ki, vətəndaşlara obyektiv informasuya çatsın, onların, sadə desək, mədəni səviyyələri yüksəlsin. Yəni Rasim Qaracanın Contact.az-dadı nadan məqaləsinin nəşri xeyli pula başa gəlib. Məqalənin nadanlığına da dözmək olar, əgər bu məqalə oxucular, ekspertlər arasında geniş müzakirə doğurursa. Məqalə rus dilindədir. Altında üç-dörd cümləlik şərh var – Azərbaycan dilində, yazan adam da azsavadlıdır, ancaq müəllifə verdiyi sualları səmimidir. Yəni vəssalam. Rusca bir məqalə və azərbaycanca bir şərh. Mənim yazdığım şərh isə çap olunmur. Sponsorun pulunu belə xərcləyən redaktor, yəni Mehman Əliyev, «засранец» və yaxud yerinəişəyən deyilmi?

Təhsilimə görə peşəkar ədəbiyyatçı olsam da, Azərbaycanda, xüsusən rəsmi mətbuatda çap olunmaq iddiam və niyyətim yoxdur – ölkə belədir, mən beləyəm, tale belədir. Ancaq Contact.az guya müstəqil orqandır. Bəs niyə mən ora hətta şərh də yaza bilmərəm?

Deyim ki, belə bir iş mənim başıma “Azadlıq” radiosunun Azərvaycan xidmətinin saytında da gəlib. Mən BBC-nin, “Azadlıq” radiosunun rus redaksiyalarının saytlarına hərdənbir şərh yazıram – nə yazmışamsa, həmişə ixtisarsız çap olunub.

Buna görə də mən həmişəki şübhələrimi bir də iki cüt bir tək oxucumla bölüşürəm: azərbaycanlı demokrat ola bilərmi? Mənə elə gəlir ki, ola bilməz! Çünki demokrat  Elçibəyin yanında Həmidov kimi bandit dostu olur və onu nazir təyin edir. Bakıdakı son mitinqdə, səhv etmirəmsə, İsgəndər Həmidov İlqar Məmmədovla yanaşı dayanmışdı. İndi özünüz deyin, ağlı başında adam İlqar Məmmədova etibar edə bilərmi?

Azərbaycanda hamı bir-birinə qardaşdır, əmioğludur, yeznədir, qayındır, qayınatadır, kirvədir, baldızdır, yengədir və s. Allah bilir, Rasim Qaraca Mehman Əliyevin kimidir və nəyidir. Bəlkə də Qaraca onun dalınca afatafa gəzdirir, ya da əksinə, bu onun dalınca…

Azərbaycanlı olasan, korrupsioner olmayasan, bu mümkündürmü? Mənə elə gəlir ki, bu da mümkün deyil. Şərt deyil ki, Mehman Əliyev birbaşa sponsor pulunu ya qrantı  yesin. Əgər o, sponsor pulunu ya qrantı dostunun, aşnasının nadan yazılarının nəşrinə xərcləyirsə, bu, korrupsiya deyilmi?

Bəlkə də mənim adım hansısa qara siyahıda var, hərçənd bu, böyüklük maniyasına bənzəyir – mən kiməm ki, siyahılara salınmağa layiq olum? Lap deyək ki, siyahıdayam. Bəs onda niyə Mehman Əliyevin müdafiəsinə yazanda şərhlərim çap olunurdu?

İndi bu adama mən nə deyim?  Rusca belə adamlara «засранец» deyirlər. Azərbaycanca…

Qalmışam məəttəl…

Bəlkə “qurumsaq”?

31.01. 2019

Samara