RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: TOLSTOYUN “TATARİN”İ VƏ GÖRÇAY NƏRGİZİ

RASUL_RZA

Lev Tolstoyun “Hacı Murad” povestinin girişində xalq arasında “tatarin” adlandırılan  bir çiçək kolunu təsvir edir. Bu koldakı qırmızı çiçəyi dərmək üçün müəllif çox əlləşir, çiçək budaqdan qopmaq istəmir, həm də kol tikanlarıyla müqavimət göstərir. Bir az gedəndən sonra Tolstoy daha bir “tatarin”ə rast gəlir. Üstündən araba keçsə də, kol yenə dikəlib dayanmışdı…

“Onun lap bədənin bir tikəsini qoparıblar, içalatını çıxarıblar, əlini ayırıblar, gözünü çıxarıblar. Oncaq o durur və bütün həndəvərdə onun qohum-qardaşını məhv etmiş insana təslim olmur. “Energiyaya bax”, — mən fikirləşdim. – İnsan hər şeyi yendi, ancaq bu, baş əymir”. (sətri tərcümə mənimdir —  X.X.)

Lev Tolstoy nasir idi, şeir yazmırdı, və Hacı Muradın girişindəki bütün dramatik lirizmə baxmayaraq, müəllif buna, Qoqoldan fərüli olaraq, poema demir. Bu, nəsrdir.

 

İndi Rəsul Rzanın “Nərgiz” şeirinə baxaq.

Göyçayda qonaq evinin (əslində mehmanxananın ya da otelin, qonaq evi hər halda ayrı şeydir) qabağının yarısı asfaltdır. Bir gün şair görür ki, asfalt “qabarıb qabar-qabar”.

“Dedim bunda nəvar?”

Bir neçə gündən sonra şair yenə burda qalmalı olur. Səhər üzünü yumağa çıxanda görür ki,

“Asfalt döşəmənin hər yarasından

nərgiz topası qalxıb, yaşıl bir alov kimi…

Soyuq asfalt məğlub olub həyat gücünə…”

“Dedim: — Eşq olsun həyatın gücünə!”

Mən bu şeirə plagiat demək bikrində deyiləm. Ancaq Rəsur Rza bunu yazanda bilməliydi ki, Tolstoyun məşhur sətirlərini təkrar edir…

Belə şeylər olur…

Ancaq niyə Rəsul Rzanın bu müşahisdəsi şeir adlanır? Ona görə ki, sözlə Tolstiydakı kimi yan-yana yox, alt-alta düzülüb?

Və Rəsul Rza öz müşahidəsinin yazısını normal sintaksislə yazsaydı, bu, şer olmazdı olardı “Kommunist” qəzeti üçün məqalə…

Əslində Rəsul Rza yaradıcılığının böyük əksəriyyəti poeziyadan daha çox jurnalistikaya aiddir…

Sovet jurnalistikasına…

P.S. Lev Tolstoy «Hacı Murad»ın üzərində uzun illər ərzində işləsə də, sağlığında çap etdirmyəb. Povest yazıçının ölümündən iki il sinra çap olunub…

01.01. 19

Samara

Реклама