BÜZEYRLİ ƏZİZAĞA MÜƏLLİMƏ

U LENİ. KİNO

Nə var-nə yox Büzeyrdə,

Zirvələri həminmi?

Yetərlimi o cür yerdə,

Oksigenin təmini?

 

Bəlkə qıt, ya tapılmayan,
Orda ayrı havadır?

O dağlardan gedən insan
İstəyən şey hardadır?

 

 

İstiləşmə qlobaldır —
Dağlara yağırmı qar?

Su qalıbmı bulaqlarda,

Çayların axanı var?

 

 

Hoqqaları təzələnir,
İldən-ilə iqlimin,

Sazmı cümlə üzvləri,
Qoca talış dilinin?

 

 

Orda neçə meqabitdir,
İnternetin sürəti?

Kənddə canlı ünsiyyətdir,
Ya SMS söhbəti?

 

 

Zirvələrdə vuran ürək,
Canda qanı sızladar.

Azalmaya uşaq gərək,
Uşaq pulu azsa da…

 

Təbiətin yazı yaxın,

Dağın daşı göyərər.

Ver əlini, ora qalxım,

Başım dəysin göylərə…

 

19-20.02. 2020, Samara