Архив | 09.02.2021

HERMAN HESSE. YALAN DEYİRMİŞƏM…

hesse-13044-portrait-medium

Yalan deyirmişəm! Qoca deyiləm!

Hələ ki, həyatdan doymamışam mən

Haçan gözəl qadın çöhrəsi görəm,

Yenə ruh oyanır, nəbz aşır həddən.

Yuxumda qadınlar isti və çılpaq,
Yaxşıları olur, adiləri də.

Divanə valsların taktları oynaq,

Eşq odu soyumur səhərə qədər.

Hələ bir sevgi də arzularam mən,

Həm təmiz, həm məsum bir gözəlliyə.

Hər yada düşəndə məni inlədən,
O ilk və müqəddəs eşqə bənzəyə.

1901

almancadan tərcümə

09.02. 2021, Samara

Ich log

Ich log! Ich log! Ich bin nicht alt!

Ich bin nicht satt vom Leben,

Mir macht jede schoene Frauengestalt

Noch Puls und Gedanken erheben.

Mir traeumt noch von Weibern heiss und nackt,

Von guten und von schlechten,

Von wilder Walzer brillantem Takt

Und von verliebten Naechten.

Mir traeumt von einer Liebe sogar,

Einer schweigsam schoenen und reinen,

Wie jene erste heilige war,

und ich kann noch um sie weinen.