Архив | 05.02.2021

RAYNER MARİA RİLKE. ŞAİR

rilke-rainer-maria (1)

Məndən uzaqlaşıb, Saat, gedirsən,

Məni qanadınla yaralayaraq.
Təkcəyəm: neylərəm dil-ağızla mən?

Gecəmlə  neylərəm? Gündüzümlə  ya?

—

İndi nə evim var,  sevgilim nə də,
Nə elə torpaq var yurd deyə bilim.

Nəyə ki, özümü  həsr elədim mən,
Varını artırdı, məni xərcləyib.

1905

almancadan tərcümə

04-05.02. 21, Samara

Der Dichter

Du entfernst dich von mir, du Stunde.
Wunden schlägt mir dein Flügelschlag.
Allein: was soll ich mit meinem Munde?
mit meiner Nacht? mit meinem Tag? Читать далее →