Архив | 17.02.2021

RAYNER MARİA RİLKE. QONŞUM TANRI…

rilke-rainer-maria (1).

Qonşum Tanrı, mən sənin qapını belə bərkdən,
Buna görə döyürəm gecədə neçə dəfə:

Səs gəlmir otağından, nəfəs duyulur  nə də,

Bilirəm onda təksən.

Bəlkə bir ehtiyacın var nəyəsə bu zaman,,

Bəlkə təşnə yandırır, yox dolu cam gətirən?

Həmişə ayaqdayam, bir him elə mənə sən,

Gələrəm yubanmadan.

Bizi bir-birimizdən ayırır nazik divar,

Axı ola bilər ki, hökmüylə təsadüfün,
Ya sənin, mənim ya da içimdən haray qopar
Çökər böyrü üstünə,

Divar səs çıxarmadan.

Sənin şəkillərindən qurulub yaradılan.

Və elə bil addılar önündə şəkillərin

Məndəki dərinliyə səni, Tanrı. Səni tanıdan,
İçimdəki bu işıq  alışarsa bir zaman,

Elə çərçivələrdə tükənər, çiliklənib.


Anbaan öləziyən duyğularımsa mənim,

Sərsəriydi və səndən düşüb aralı çoxdan.

1899

 almancadan tərcümə

15.02. 2021, Samara

Du, Nachbar Gott

Du, Nachbar Gott, wenn ich dich manches Mal
in langer Nacht mit hartem Klopfen störe, —
so ists, weil ich dich selten atmen höre
und weiß: Du bist allein im Saal.
Und wenn du etwas brauchst, ist keiner da,
um deinem Tasten einen Trank zu reichen:
ich horche immer. Gib ein kleines Zeichen.
Ich bin ganz nah.

Nur eine schmale Wand ist zwischen uns,
durch Zufall; denn es könnte sein:
ein Rufen deines oder meines Munds —
und sie bricht ein
ganz ohne Lärm und Laut.

Aus deinen Bildern ist sie aufgebaut.

Und deine Bilder stehn vor dir wie Namen.
Und wenn einmal in mir das Licht entbrennt,
mit welchem meine Tiefe dich erkennt,
vergeudet sichs als Glanz auf ihren Rahmen.

Und meine Sinne, welche schnell erlahmen,
sind ohne Heimat und von dir getrennt.

22.9.1899, Berlin-Schmargendorf