ALFRED DE MÜSSE. ANAMA

Sona bu şən məclis yetişən zaman,

Kim Qrequarı ulu sayırsa,
Dostlar, əlimizdə varsa stəkan
Ürək içki, nəğmə arzulayırsa,

Niyə üz tuturuq axı Baxusa?

Günümüz  beləcə gözəl keçərkən,

Dostlar, yaxşı olar xorla oxusaq,

Analar şəninə, ürəkdən və şən. (Bis)

Ən əziz nemətdir insana yəqin,

Uşağa ən gözəl müdafiə həm.

Lütfüdür, əlbəttə, bizə göylərin,

Yetişir Tanrının mərhəmətindən.

Nemətlər içində o ən füsunkar,

Anadır insana örnək, nümunə.

Minnətdar olmayan məgər kimsə var,

Ana qayğısına, nəvazişinə? (Bis)

Kimə bir xoşbəxtlik üz verə əgər,
Ona danışmağa tələsir hökmən.

Onun ağuşunda üzünü gizlər,

Göz yaşı axıdan, xəcalət çəkən.

Övlada ən kiçik bir uğur gələ,
Möhtəşəm zəfərdir anaya yəqin.

Dostlar, cavabını verək biz belə,
Ana  qayğısının, nəvazişinin. (Bis)

Çətin yollarını həyatımın mən,

Öngörən qayğının sayəsində, ah,
Keçmişəm həmişə qayğı bilmədən.

Sənə ürəyimi açıram ancaq.

Yalançı dünyanın qayalarından,

Sənsən qayığımı yan ötüşdürən.

Mənim yaşadığım bəxtəvər hər an,
Yaranıbdır ana nəvazişindən. (Bis)

fransızcadan tərcümə

18-19. 2021, Samara.

Qeyd: 1. Müəllif bu şeiri 14 yaşında yazıb. 2. “Qrequar”ın  de Müssenin

oxuduğu kollecdə intendant olduğu güman edilr.

Yəqin şagirdlərlə şənlənməyi sevirmiş.

===================

 Alfred de Musset

 À ma mère

Après un si joyeux festin,
Zélés sectateurs de Grégoire,
Mes amis, si, le verre en main
Nous voulons chanter, rire et boire,
Pourquoi s’adresser à Bacchus ?
Dans une journée aussi belle
Mes amis, chantons en  » chorus  »
A la tendresse maternelle. (Bis.)

Un don pour nous si précieux,
Ce doux protecteur de l’enfance,
Ah ! c’est une faveur des cieux
Que Dieu donna dans sa clémence.
D’un bien pour l’homme si charmant
Nous avons ici le modèle ;
Qui ne serait reconnaissant
A la tendresse maternelle ? (Bis.)

Arrive-t-il quelque bonheur ?
Vite, à sa mère on le raconte ;
C’est dans son sein consolateur
Qu’on cache ses pleurs ou sa honte.
A-t-on quelques faibles succès,
On ne triomphe que pour elle
Et que pour répondre aux bienfaits
De la tendresse maternelle. (Bis.)

Ô toi, dont les soins prévoyants,
Dans les sentiers de cette vie
Dirigent mes pas nonchalants,
Ma mère, à toi je me confie.

Des écueils d’un monde trompeur
Écarte ma faible nacelle.
Je veux devoir tout mon bonheur
A la tendresse maternelle. (Bis.)