RAYNER MARİA RİLKE. AYRILMA

Rayner Maria Rilke

Necə duydum dərindən ayrılıq nə deməkdir

İndi də yadımdadır: gözişləməz qaranlıq

zalım və qəddar nəsə — göstərərək bir anlıq,

əsl gözəl olanı, sonra çəkib məhv edir.

 —

Necə müdafiəsiz baxırdım dayanıb mən

O məni çağırsa da, get elə bil deyirdi

sanki arxada qalan bütün qadınlıq idi
kiçilən və ağaran – belə deyildi hərçənd

 — 

Bir dalğa ki, önəmli deyildir artıq mənə

Çətinliklə sezilən əleləmə — çətin ki,

Deyə bilən nə isə: alça ağacı bəlkə,

İndicə ququ uçdu başından tələsərək.

 

1906

almancadan tərcümə

11-13.05. 2022, Samara

++++++++

RAİNAR MARİA RİLKE

Abschied

Wie hab ich das gefühlt was Abschied heißt.
Wie weiß ichs noch: ein dunkles unverwundnes
grausames Etwas, das ein Schönverbundnes
noch einmal zeigt und hinhält und zerreißt.

—

Wie war ich ohne Wehr, dem zuzuschauen,
das, da es mich, mich rufend, gehen ließ,
zurückblieb, so als wärens alle Frauen
und dennoch klein und weiß und nichts als dies:

—

Ein Winken, schon nicht mehr auf mich bezogen,
ein leise Weiterwinkendes — , schon kaum
erklärbar mehr: vielleicht ein Pflaumenbaum,
von dem ein Kuckuck hastig abgeflogen.