Архив | 28.10.2026

İRANDA AZƏRBAYCANLILAR SAYCA FARSLARI ÖTƏ BİLƏR? BU, FƏLAKƏT OLMAZMI?

Heç kimin ağlına gərlmir ki (ağlı olanların da, olmayanların da) Azərbaycanın avtomobil sənayesini Almaniyanın və ya Yaponiyanın avtomobil sənayesi ilə müqayisə etsin. Nəinki etsin, hətta davaya dursun.

Bizim adamlar hələlik (hələlik) Azərbaycanın kosmonavtikasını və raket sənayesini Amerikanın ya Çinin bu sahələrdəki nailiyyətləri ilə də müqayisə etmirlər. Əlbəttə, deyə bilərsiniz ki, Azərbaycanda avtomobil sənayesi, raket sənayesi yoxdur, nəyi müqayisə edək. Düzdür, burası elədir. Ancaq bəs niyə biz tariximizi İran tarixi ilə müqayisə edirik, niyə ədəbiyyatımızı İran ədəbiyyatı ilə müqayisə edirik? Əlbəttə, bizim tariximiz var. Ancaq o tarixi bizim öz adamlarımız yazıblar. İranın tarixini isə bütün dünya tarixçiləri yazırlar. Ədəbiyyatımız da var. Ancaq fars ədəbiyyatı ilə müqayisə edilə biləcək ədəbiyyatımız yoxdur. Ən böyük şairimiz Nizamidir ki, onun da əsərləri fars dilindədir…

Bəs muğamlar? Bütöv adı, hissələri farsca olmayan muğam var? Bəs musiqi alətləri?

Bəs İran şəhərləri, memamarlıq abidələri?

İndi bizim adam gecə-gündüz İran əhalisinin hesabını aparır, necə sayırsa, hansı metodikadan istifadə edirsə,  azərbaycanlıların sayı ildırım sürəti ilə artır və bizim adam əllərini bir-birinə sürtərək sevinclə elan edir ki, İranda bu gün-sabah “bizimkilərin”(!) sayı farsları keçəcək…

Bu, əlbəttə, doğru deyil. Əgər doğru olsa… Bu, fəlakət olmazmı? İranın tarixi-mədəni irsi bütün bəşəriyyətə məxsus olmaqla bərabər bizim üçün xüsusi qiymətlidir. Çünki bizim dilimiz də, ədəbiyyatımız da, musiqimiz də bu mədəni irsdən qidalanıb, zənginləşib. Dövlətimiz də xeyli dərəcədə İranın tərkibində formalaşıb.

Yox, azərbaycanlıların İranda sayca farsları üstələməyi lazım deyil. Təsəvvür edin ki, “Real ya Barselona komandasının oyunçularından 6-7 nəfərini çıxarırlar, onların yerini İspaniyanın üçüncü, dördüncü divizionlarında oynayan futbolçular tuturlar. Sizcə, bu komandaların oyunundan nə gözləmək olar?

Müqayisəm, əlbəttə, kobuddur. Ancaq hər kəsə çata biləndir. Xüsusən əldəqayırma küt türk millətçilərinə. Baxın, 35 ildir ki, Şimali Azərbaycanda müstəqil dövlət qurulub. Mədəniyyətin hansı sahəsində bir nailiyyət qazanılıb? Dünya standartları səviyəsində bir kitab yazılıbmı, bir film çəkilibmi, bir musiqi əsəri yazılıbmı, bir teatr tamaşası oynalııbmı? Bizim zəngin tarixi, mədəni irsi olan xalq üzərində sayca və siyasi-inzibati üstünlüyümüz bu irsə dağıdıcı təsir edər. Bakıya gələn yüz minlərlə qaçqın, köçkün, başqa şeylər qalsın, paytaxt şəhərinin qarşılıqlı davranış mədəniyyətini məhv etdi…

Ümid edirəm ki, Cənub azərbaycanlıları İran çərçivəsində problemlərini həll edəcəklər, İran dövləti də, İran xalqı da, ilk növbədə farslar, çülma, hicab əsarətindən qurtarıb  bərpa və inkişaf yoluna düşəcək və gec-tez ölkə çiçəklənməyə başlayacaq.

İndi isə Süni İntellektin mənim suallarım əsasında verdiyi cavablar və təhlillərdən tərtib etdiyim yazını təqdim edirəm.

______________________________________

 

İran əhalisinin strukturunda farsların və azərbaycanlıların faizlə və rəqəmlərlə sayı

1. Rəsmi beynəlxalq qiymət

BBC, CİA, BMT daxil olmaqla nüfuzlu arayışçıların çoxu farsların sabit çoxluğunu təsdiq edən məlumatlardan istifadə edir.

Farsların sayı faizlə — 61%

Rəqəmlərlə 56-57 milyona yaxın

Bu modelə görə İran əsasən fars dövləti olaraq qalır, qalan başqa qruplar isə (azərbaycanlılar – 16%, kürdlər – 10 %, lurlar – 6 %) klassik azlıqlardır.

2. Alternativ qiymət

Bir sıra müstəqil araşdırıcılar (Ethnologue layihəsi, Minority Rights Group İnternatnational- dan olan mütəxəssislər, Yaxın ŞƏrq üzrə mütəxəssislər) 61%-i şişirtmə, “farslaşma” adlandırırlar, yəni digər etnosların şəhərliləşmiş və assimilyasiyaya uğramış nümayəndələrini avtomatik far sayırlar.

Onların verdiyi qiymətə görə real struktur ayrı cürdür:

Faizlə: Farslar əhalinin 51-%-dən 53% — ə qədərini təşkil edirlər.

Rəqəmlərlə bu, təxminən 47-49 milyon insandır.

Bu qayda ilə hesablamada türk (azərbaycanlılar, türkmənlər, qaşqaylılar) əhalinin sayı 24-28 %-ə qədər artır ki, bununla da İran faktik olaraq monoetnik yox, ikitərkibli dövlət olur.

Alimlər rəsmi məlumatlar olmadan necə keçinirlər?

Siyahıyaalmada etnik mənsubiyyətə dair suallar olmadığından, araşdırmaçılar dolayı metodlardan istifadə edirlər:

Dil markeri: Savadlılıq bə dilbilmə barədə məlumatlar təhlil edilir. Məsələn, rəsmi statistika birinci sinfə gələnlərin neçə faizi üçün fars dilinin ana dili olmadığını qeydə alır.

Coğrafi modelləşdirmə: Şəhrestanların (dairələrin) hər biri üzrə siyahıyaalma məlumatları götürülür. İsfahan, Yəzd və ya Kerman kimi əyalətlərin dairələrində əhali tarixən və indi fars olduğundan bu regionların əhalisi bütünlüklə fars etnosu kimi qeydə alınır.

Əsas nəticə: Farslar İranın ən böyük və dövlətyaradıcı qrupu olaraq qalır. (51%-dən 61%-ə qədər diapozonda). Ancaq siyahıyaalmalarda ətnolinqvistik qrafanın olmadığından dəqiq rəqəm həmişə həm Tehran, həm də müxalifət tərəfində siyasi mübahisələr və spekulyasiyalar predmeti  olacaq.

 

Eyni mənbələrdə azərbaycanlı əhalinin sayı barədə təxmini rəqəmlər

++++++++++++++++

93 milyonluq İran əhalisinin tərkibində azərbaycanlıların sayı barədə təxmini qiymətlər üç kateqoriyaya bölünə bilər:

1. Konservativ qiymət (beynəlxal arayışçılar):

Faizlə — 16%

Rəqəmlərlə: 14, 8 — 15 milyon

Bu rəqəmlərə əsasən azərbaycanlıların mütləq çoxluq təşkil etdiyi şimal-qərb (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan) əyalətlərinin sakinləri daxil edilir.

2. Mötədil-liberal qiymət

Azlıqların hüquqlarını izləyən təşkilatlar və böyük linqvistik layihələr  konservativ qiyməti aşağılanmış sayırlar, belə ki, o, daxili miqrasiyanı qeydə almır.

Faizlərdə: İran əhalisinin 2 faizindən 24 faizinə qədər

Rəqəmlərdə: 19, 5 – 22, 3 milyona qədər.

Mənbənin məntiqi: Tədqiqatçılar bura təkcə şimal-qərbin sakinlərini yox,  həm də böyük sənaye mərkəzlərinin milyonluq azərbaycan əhalisini də daxil edirlər. Müxtəlif qiymətlərə  görə, paytaxt Tehranın əhalisinin 25-dən 33 faizə qədəri azərbaycanlılardan və qarışıq-fars-azərbaycanlı ailələrində doğulanlardan ibarətdir.

3.Maksimal qiymət (siyasiləşdirilmiş və millətçi)

İran daxilindəki Azərbaycan milli hərəkatı, həmçinin Azərbaycan Respublikasında bir sıra siyasətçilər daha çox rəqəmlər işlədirlər.

Faizlərdə: əhalinin 30-33 faizi.

Rəqəmıərdə: təxminən 28- 30 milyon insan.

(ardı var)

28. 10. 2026, Samara