— Vətəndaş, neftin ucuzlaşmağını hiss edirsənmi?
— Qətiyyən, zat-aliləri!
Azərbaycanın xarici işlər nazirliyi Amerikanın Dövlət departamentinə: «Gedin öz qeydinizə qalın! Kül başınıza, dırnağımız gözünüzə!»
2018-ci il. Bakı. Arif Hacılı İsa Qəmbəri oyatmağa çalışır.
28.09. 2018 Samara
İndi belə düşünmək olar ki, İsa Qəmbər 2018-ci ilin prezident seçkilərinə qədər yatacaq, Arif Hacılı da onu yelpicləyib milçəkləri qovacaq…
Qərb demokratiyalarında müxalifət partiyasının rəhbəri həm də ölkə rəhbərliyinə (prezident, baş nazir) namizəddir. Bizdə guya partiya rəhbəri istefa verir, ancaq həmin saniyə prezidentliyə namizəd elan olunur. Bunlar camaatı hərif sayırlar? Partiyaya baş katib ya baş katibə seçirlər?
Salyana Qubad gəlib,
Təzə namızad gəlib.
Nə yaxşıdır, nə pisdir,
Ortabab, babat gəlib.
Azərbaycanı idarə edən, yəni onu hərləyən adamlar dəfn məsələsinə elə qayğı göstərməyə başlayıblar ki, tezliklə bu ölkədə ölmək yaşamaqdan gözəl və mənfəətli olacaq.
İndi sarsaqlamış və abrını itirmiş Fikrət Qoca bir vaxt demişdi: «Bəzən necə gözəlsən, Ölüm, sən ey səadət»…