Prezident İlham Əliyev Şəmkirlə 2 milyon manat ayırıb. Bu, Leyla Əliyevanın Avstraliya səyahətinə ayrılan puldan qalandır.
Архивы
«NƏ AĞIR YATDI BU OĞLAN…»
2018-ci il. Bakı. Arif Hacılı İsa Qəmbəri oyatmağa çalışır.
- İsa bəy, İsa bəy! Durun!
- Arif, sənsən? Qoy hələ bir il də yatım, gözümün acısını almamışam.
- İsa bəy! Nə bir il? Durun!
- Onda qoy bir altı ay yerdəmi alım.
- İsa bəy! Yerdəmini sonra alarsınız. İndi prezident seçkiləri başlanır!
- Harda? Amerikada? Sən öl, Arif, bizimkilər udacaq!
- İsa bəy, seçkilər bizdə başlanır. Siz də namizədsiniz!
- Hələ namizədəm? Onda qoy yatım, seçilən kimi çağırarsınız, duraram… Arif, sən öl, yaxşı yuxu görürdüm, məni oyatdın. Get, Arif, indi beş-altı ay yatım, bəlkə yuxumun ardını görə bildim…
28.09. 2018 Samara
CƏLD OL, HACILI, YELPİCLƏ
İndi belə düşünmək olar ki, İsa Qəmbər 2018-ci ilin prezident seçkilərinə qədər yatacaq, Arif Hacılı da onu yelpicləyib milçəkləri qovacaq…
İSA BƏY, SİZ XALQI HƏRİF SAYIRSINIZ?
Qərb demokratiyalarında müxalifət partiyasının rəhbəri həm də ölkə rəhbərliyinə (prezident, baş nazir) namizəddir. Bizdə guya partiya rəhbəri istefa verir, ancaq həmin saniyə prezidentliyə namizəd elan olunur. Bunlar camaatı hərif sayırlar? Partiyaya baş katib ya baş katibə seçirlər?
QUBAD SALYANDA
Salyana Qubad gəlib,
Təzə namızad gəlib.
Nə yaxşıdır, nə pisdir,
Ortabab, babat gəlib.
«ÖLÜM, SƏN EY SƏADƏT!
Azərbaycanı idarə edən, yəni onu hərləyən adamlar dəfn məsələsinə elə qayğı göstərməyə başlayıblar ki, tezliklə bu ölkədə ölmək yaşamaqdan gözəl və mənfəətli olacaq.
İndi sarsaqlamış və abrını itirmiş Fikrət Qoca bir vaxt demişdi: «Bəzən necə gözəlsən, Ölüm, sən ey səadət»…