ALEKSANDR KUŞNER. PƏNCƏRƏDƏN BAXARAM GECƏ BULUDLARINA…

ALEKSANDR KUŞNER

                                     Я к ночным облакам за окном присмотрюсь…

Pəncərədən baxaram gecə buludlarına,

Pərdəni aralayıb.

Xoşbəxtdim. Qorxu vardı ölümdən həm. Yenə var,

Ancaq həminki deyil.

 

Ölüm nədir – küləkdə uğultuyla titrəmək.

Məyus, həqir duruşlu ağcaqayınla birgə

Ölüm nədir – yumursan gözlərini, açan tək

Ayılırsan hansısa şah sarayında bəlkə.

 

Ölüm nədir – ən çətin bir qozu sındırırsan,

Və bütün səbəbləri öyrənirsən. bir anda

Ölüm nədir –hamının çağdaşısan indi sən,

Sayılmır, əlbəttə ki, hələlik yaşayanlar.

Ruscadan tərcümə

10.08.2017

QOHUMLARI PREZİDENTƏ MƏKTUB YAZARAQ NAİL ALLAHVERDİYEVDƏN İMTİNA EDİBLƏR

Nail Allahverdiyevin ailə üzvləri, yaxın və uzaq qohumları möhtərəm və möhtəşəm prezident İlham Əliyevə məktub yazaraq Naildən imtina etdklərini bildirmişlər. Məktubda deyilir:
“Möhtrəm və möhtəşəm prezident! Nail Allahverdiyev törətdiyi cinayətlə sizin daxili və xarici siyasətinizə, kadr siyasətinizə, yol-nəqliyyat siyasətinizə, qaçqın və köçkün siyasətinizə, işqal siyasətinizə kölgə salmışdır. Ona görə də biz kollektiv şəkildə Nail Allahverdiyevdən imtina edirik və hər birimiz deyirik:

Nail mənim heç zadım,

Basım suya isladım!”

Məktubu 159 adanm imzalamışdır və daha çox imza yığılacağı gözlənilir, çünki indiyəcən Nail Allahverdiyevlə qohum olduqlarını bilməyən çoxlu vətəndaş aşkara çıxıb.

Yeri gəlmişkən, Morderator.az saytının yazdığınıa görə adının çəkilməsini istəməyən xüsusi xidmət əməkdaşı bildirib ki, Nail Allahverdiyev erməni casusu olub və Yerevandan tapşırıq alıb ki, qabağına çıxan türkü vurub öldürsün. “Sən vur, biz sənə nə qədər istəyirsən Gelandewagen alarıq”, bunu güya Nailə onun erməni kuratoru deyib.

Mirzə ƏLİL

ПЕРВЫЙ ВИЦЕ-ПРЕЗИДЕНТ ИРАНА НЕ ЖЕНА РУХАНИ И ДАЖЕ НЕ ЖЕНЩИНА!

Президент Ирана Хасан Рухани вновь назначил Эсхака Джахангири первым вице-президентом. В Азербайджане многие ошибочно думают, что Джахангири – жена Рухани. Но это не так. Эсхак Джахангири даже не женщина!

ЭСХАК ДЖАХАНГИРИ.jpg

RUSİYADAKI QAÇQINLAR VƏ KÖÇKÜNLƏR NAİL ALLAHVERDİYEVƏ IKI TƏZƏ GELANDWAGEN ALIBLAR

Rusiyada məskunlaşmış azərabyanlı qaçqınlar və köçkünlər müraciət yayıblar. Müraciətdə deyilir:

“Biz, Rusiyada yaşayan azərbaycanlı qaçqınlar və köçkünlər, Azərbaycan prezidenti möhtərəm İlham Əliyevin daxili və xarici siyasətini qtiyyətlə dəstəkləyirik. Biz möhtərəm və möhtəəm prezidentin kadr siyasətini və tətin etdiyi kadrları da dəstəkləyirik. Ona görə də baş nazirin müavini və qaçqınkomun sədri Əli Həsənovun nəvəsinin avtomobilinin qəzaya düşməsi bizim ürəyimizi çox ağrıtdı. O uşağın maşınına gələn qəza kaş bizim başımıza gələydi! Biz burda çox narahatıq ki, bu qəzaya görə Nail bala darıxar, Nail balanın darıxdığını görüb Əli müəllim də darıxar, əli-qolu düşər yanına, qaçqınkomun işi ləngiyər, möhtəşəm prezidentimizin qaçqın və köçkün siyasətinin həyata keçməsinə əngəl törənər. Ona görə də biz bu qərara gəldik ki, atışıb Nail bala üçün iki ədəd təptəzə gelandewagen alaq. Biri ağ, biri qara. Ağını alıb göndərmişik Bakıya, indi qarasını axtarırrıq. Onu da bu gün-sabah alıb göndərərik.

Allah Əli müəllimin canını sağ eləsin. Allah ona bizi kimi qaçqınlardan və köçkünlərdən çox versin!

Allah möhtəşəm prezidentimizin canını sağ eləsin! Allah onun xarici, daxili, xüsusən kadr siyasətinə kölgə salanları cəhənnəmə ya da Kürdəxanı türməsinə vasil eləsin!

Amin!”

gelan 1gelan 2

İQOR SEVERYANİN. UVERTURA

severyanin.jpg

İQOR SEVERYANİN

       (1887-1941)

         UVERTURA

               Ананасы в шампанском! Ананасы в шампанском!

Şampanda ananaslar! Şampanda ananaslar!

Möcüzəlidir dadı, alovlu və yandıran!

Norveç sayağıyam mən, həm də ispan sayağı!

İlham coşdurur məni, qələmə sarılıram!

 

Uçur aeroplanlar, qaçır avtomobillər!

Havada şütüyərək ekspreslər gedir!

Burda qucaqlaşırlar, orda kimsə döyülər!

Şampanda ananaslar! Bu, gecənin nəbzidir!

 

Ətrafında ədalı xanımların, qızların,

Həyat faciəsindən məzhəkə yaradaram.

Şampanda ananaslar! Şampanda ananaslar!

Moskva – Naqasaki! Və Marsa Nyu Yorkdan!

1915

Ruscadan tərcümə

05.08.17

Samara

 

 

HAMAM ƏHVALATI

Mənə bu yaxınlarda bir əhvalat danışdılar, dedilər ki, guya bunu AzTV-də görüblər.

Azərbaycanda, hamının bildiyi kimi, hər gün minlərlə iş yeri açılır, onlarla yeni obyektlət yaradılır.  Bunların hamısının da açılışına möhtərəm prezident dəvət olunur. Bəzən məsuliyyətsiz məmurlar prezidentimizin xalqa olan qayğı və məhəbbətindən, ürəyinin təmizliyindən istifadə edib onu çoxdan işləyən, hətta sovetdən qalma obyektlərin açılışına dəvət edirlər. Günlərin bir günü möhtərəm prezidenti ya Salyana ya da Beyləqana obyekt açılışına çağırırlar. Prezident də başının dəstəsiylə gedir. Hay-küy, zurna-balaban, lentkəsmə, gülsəpmə… Obyektin qapısını açırlar və prezident girir obyektə…

Sən demə bu, işləyən obyekt imiş…

Sən demə bu, hamam imiş…

Sən demə bu, arvad hamamıymış…

Arvadlar da qışqırışıblar ki, ay rəhmətliyin oğlu…

Bu əhvalatı eşidəndən qalmışam məəttəl, bilmirəm inanım ya inanmayım…

Salyanda, mən biləni, bir hamam vardı, onu da bir neçə il bundan qabaq sökdülər.

Beyləqanda isə binadan hamam olmayıb…

Bəlkə əhvalatı mənə danışan rayonun adını dəyişik salıb…

Ancaq məzəli əhvalatdır…Təki elə hər gün obyekt açılsın… Təki Allah prezidenti millətin üstündən əskik eləməsin…

Mirzə ƏLİL

05.08.17

 

NAİL ALLAHVERDİYEV ERMƏNİ ORDENİ İLƏ TƏLTİF EDİLİB

allahverdiyev.jpeg

Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycan vətəndaşı Nail Allahverdiyevi iki azərbaycnlını öldürdüyünə və iki türkü ağır yaraladığına görə “Müqəddəs Mamikonyan ordeni” ilə təltif edib. Türklər xəstəxanada keçinsələr, Allahverdiyevə Ermənistanın milli qəhrəmanı adı veriləcək.

 

ABIRLI CƏMİYYƏTDƏ ƏLİ HƏSƏNOV KİMİLƏRİN ADI «ÖLÜSOYAN»DIR

АЛИ ГАСАНОВ.jpg

Əli Həsənovun nəvəsiylə bağlı hadisənin Azərbaycan ordusuna, Qarabağ müharibəsinə, ərazi işğalına dəxli varmı?

Zahirən dəxli yoxdur. Ancaq əlaqə elə dərində deyil, çox diqqət tələb etmir.

Mən həmişə deyirəm ki, Azərbaycan ordusu Ermənistan ordusu ilə döyüşməyə, geniş ərazidə uzunmüddətli müharibə aparmağa hazır və qadir deyil. Mən hərbçi deyiləm, əsgərlik də çəkməmişəm. Ancaq Azərbaycan ordusunun düşmən ordusundan zəif və müharibəyə qadir olduğunu demək üçün əsgərlik çəkmək lazım deyil. (Azərbaycan prezidenti, məsələn, əsgərlik çəkməyib, ancaq deyir ki, ordusu hər şeyə qadirdir, ancaq nıdınsı bunun sübutunu görmürük).

Ermənilər 25 ildən artıqdır ki, Azərbaycanın böyük ərazisini işğal ediblər. Dağlıq Qarabağın Bakının itaətindən çıxdığı 30 ilə yaxındır. Əhalisi Ermənistan əhalisindən az qala beş dəfə çox, hərbi xərcləri Eemənistan büdcəsindən də artıq Azərbaycan işğal altında olan bir kəndi də azad edə bilmir. Bunun yalnız bir səbəbi ola bilər – ordunun adı var, özü yoxdur!

Mən indi İnternetdə Əli Həsənov haqqında məlumatlara baxıram: onun quldur olmasından mətbuatda neçə ildir yazırlar. 2011-ci ildə onun vəzifəsində azad ediləcəyini gözləyənlər olub. Bir qədər vaxt keçib, Əli Həsənovun səlahiyyətləri daha da artırılıb. Yəni bu quldurun büdcəni, qaçqıbnları, köçkünləri talanlamaq, nəvələrinə yeni avtomobillər imkanı artırılıb.

Bunu, əlbəttə, İlham Əliyev edib.

İnşaat, səhiyyə sahələriylə tanış olanlar bilirlər ki, burda da quldurluqdur, talançılıqdır. Yəni Azərbaycan hökuməti qabığından özəyinə qədər korrupsiya ilə yoluxmuş bir orqanizmdir. Bu orqanizdəki əzaların birindən sağlamlıq gözləməyə dəyərmi?

Müdafiə nazirliyi öz paradları ilə, nümunəvi yeməkxanaları ilə və bahalı silahları ilə təsəvvürü sarsıda bilər. Sentimental vətənpərvərlər saydıqlarımı televiziya ilə görəndə hətta ağlayırlar da. Ancaq paradlarla, yeməkxanalarla və hətta bahalı silahlarla qələbə qazanılmır.Orduda yüksək yazırlıq, yüeksək intizam, yüksək ruh, savadlı rəhbərlik olmalıdır. Bunların olmadığını bilmək üçün heç təftiş keçirmək lazım deyil.

2014-cü il avqust  döyüşləri başlananda müdafiə naziri Zakir Həsənov Bodrumda kefdə idi!

O döyüşlərdə ölən gizir və əsgərlərin hamısı kənd uşaqlarıdır. 2016-cı ildə ölənlərin də demək olar ki, hamısı rayon, kənd uşaqlarıdır. Bu ordu necə komplektləşdirilir? Şəhər uşaqları cəbhədən necə yayınırlar? Lopaq verirlər? Balalarının güllədən qoruyan valideynlərzabitlərə, generallara rüşvəti popaqla vermirlər, manatla, dollarla verirlər, rüşvəti qızılla istəyən də olur.

Bu cür komplektləşdirilən, qurbanlıq quzulardan tərtib olunan ordudan nə gözləmək olar?

Atəşkəs dövründə minlərlə əsgər və zabit ölüb. Minlərlə! Niyə bunların içində bir nəfər məmur balası yoxdur? Niyə Lerikli, astaralı, masallılı, imişlili, salyanlı, qusarlı, şamaxılı uşaqlar Əli Həsənov kimi oğraşların nəvələrinin kefindən ötrü ölməlidirlər?

Əli Həsənov kimi insanların adı abırlı cəmiyyətdə “ölüsoyandır”. Əlbətə, o, qaçqınları, köçgünləri soyur, ancaq fürsət olsa, ölünü də soyar. Əli Həsənov üçün qaçqınlıq, köçgünlük tükənməz sərvət mənbəyidir və imkanı olsa, işğaldakı qədər də ərazini ermənilərə satar – nə qədər çox qaçqın, nə qədər şox köçgün olsa, gəliri o qədər artar….

Kim fikirləşirsə ki, orduya rəhbərlik edənlər Əli Həsənovun tayı deyillər, o ya sadəlovhdür ya da özünü gicliyə vurur. Yox, əgər kim ürəkdən inanırsa ki, ordu qaçqınkomdan ya səhiyyə nazirliyindən fərqlənir, qoy uşağının on səkkiz yaşı çatanda boğazına qırmızı sarqı bağlayıb aparıb yıxsın Zakir Həsənovun ayağlarının altına…

X.X.

 

ERMƏNİLƏR QƏBİRLƏRİMİZƏ İŞƏYİRLƏR — BAKILILAR İNCİMİRLƏR, TURİST ƏRƏBLƏRDƏN İNCİYİRLƏR…

ƏRƏBLƏR BAKIDA.jpg

Özgə olana, başqa olana, köməksizə, acizə biz azərbaycanlılarda olan qəddarlıq bəlkə də heç bir millətdə yoxdur.

Nə tam ağ, nə də qara irqə mənsub olmayan azərbaycanlılar “oğlan qaradır” deyib elçilərini boş qaytarırdılar.

Qara sayılan qızlar qarıyırdılar ya da istəmədiklərinə getməyə məcbur olurdular.

“Qapqaradır, zənciyə oxşayır, zənci yox ey, neqr!”…

Arıq olana «çıxotkə» deyirdilər. Yəni «çaxotka», vərəm…

Kök olana nehrəqarın, çəllək…

Anadangəlmə ya da sonradanqazanma fiziki qüsuru olanlara qarşı amansızlıq başqa millətlərdə çətin ola: “Ağzıəyri, boranıbaş, pəltək, yekəburun, çapıq, əsməcə, bayquşgöz, topal, keçəl, armudboğaz…”

Biz azərbaycanlılarda ana öz uşağının eyiblərini başına qaxınc edirdi…

Ata da anadan qalmırdı… Читать далее

YASƏMƏN QARAQOYUNLUYA: HƏ, MEYDANDA DURMUSUNUZ, ANCAQ ÖLÜMÜN GÖZÜNƏ BAŞQALARI BAXIBLAR…

yasəmən_qaraqoyunlu

Əlbəttə, Yasəmən Qaraqoyunlunun Azərbaycandakı siyasi rejim haqqında yazdıqları düzdür və hələ hamısı da deyil. Pərt edən başqa şeydir.

Niyə bu qadın öz həyatını cəhənnəm sayır? O özü əlil deyil, xəstə deyil. Əri də əlil və xəstə deyil. Yəqin ki, uşaqları da sağlamdırlar – belə insanlar özlərini xoşbəxt saymalıdırlar! Yasəmən xanım üçün cəhənnəm – evsizlikdir. Ancaq Yasəmən xanım ailəsi ilə vaqonda ya alaçıqda yaşamır. Bu xanımın bədbəxtlik, cəhənnəm haqqında qəribə təsəvvürləri var. Adamları şəxsi xoşbəxtliyi ya bədbəxtliyi kirayəçilikdən asılı deyil. Və Bakıda uzun illər bir mənzildə ya fərdi evdə kirayə qalanlar var və Yasəmən Qaraqoyunlunun Bakıda yaşamadığı yer qalmayıbsa, bu, daha xoz fərdi xarakterlə bağlıdır… Читать далее