Архив тегов | Bəxtiyar Vahabzadə teatr haqqında

HEYDƏR ƏLİYEV VƏFA QULUZADƏNİ MƏZƏMMƏT EDİB YA QAPAZ VURUB?

Vəfa Quluzadənin bir çıxışını YouTube-un “şort”larında gördüm – hansı kanalasa müsahibən fraqmentdir və “opala”ya düşməsindən danışır. “Opala” bilirsiniz nədir? Opala – monarxın, yəni kralın, padşahın, Azərbaycan kimi ölkədə birinci katibin ya prezidentin qəzəbinə gəlməkdir. Vəva Quluzadə bu çıxışında xeyli rus sözü işlədir: ikra, pererıv və s.  O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Kommunist Partiyasının Mədəniyyət şöbəsinin müdiri işlədiyi vaxtlardan danışır. O ki qaldı “opalaya”, V. Quluzadə işdən çıxarılmayıb, həbs olunmayıb, ailə üzvlərini ondan üz döndərməyə məcbur etməyiblər. Sadəcə birinci katib Heydər Əliyev onu yüngülcə məzəmmət edib. 1980-ci il 27-31 oktyabrda Bakıda “Xalqlar dostluğu — ədəbiyyatların dostluğu devizi altında Ümumittifaq konfransı keçirilib. Konfransda Heydər Əliyev uzun bir çıxış edib, əlbəttə, bir cümləsini də özü yazmadığı bu çıxış hətta ayrıca kitab halında o vaxt rus və Azərbaycan dillərində çap olunub. Heydər Əliyevi qəzəbləndirən onun çıxışı zamanı zalda xeyli yerin boşluğu olub. Vəfa Quluzadə deyir ki, hər şey yaxşı təşkil olunmuşdu, zala kifayət qədər adam gətirilməliyidi(!). Ancaq belə hallarda “rezerv”, yəni ehtiyat “iştirakçılar” da hazırlanırmış ki, əsl iştirakılar birdən zalda olmasalar, onların yeri doldurulsun. Bu dəfə ondan asılı olmayan səbəblərə görə “rezerv” hazırlanmayıb, rus yazıçıları isə bufetdə havayı qara “ikranı”, qırmızı “ikranı”, konyakı görüb Heyər Əliyeviçin çıxışını “iqnor” eləyiblər…

(Bu yerdə müsahibəni aparan qadın “görməmiş günlərinə düşüblər” deyib qaqqıldayır… Deməliyəm ki, mən  yəqin ki, həmin gün təsadüfən bir yoldaşla “Qızılgül” çayçısına girib konfransa gəlmiş Yevgeni Yevtuşenkonu orda bir neçə azərbaycanlı ilə, o cümlədən Aydın Məmmədovla çay içən görmüşəm. Yevtuşenko demişdi ki, banketdən qaçıb gəlib girib çayxanaya, burda isə azərbaycanlı ədəbiyyatçılar yığılıblar başına… Tvgeni Yevtuşenko sovet vaxtının milyonçusu idi, Vəfa Quluzadələrdən yüzünü kürünün qarasıyla da, qırmızısıyla da basdırardı…O qaqqıldayan, rus yazıçıları haqqında “görməmiş günlərinə düşüblər deyən” qadından spruşasan: Onun millətinin yazıçıları tez-tezmi qara kürü yeir? O ozü, uşaqları bəs? Öz soydaşları arasında tamahsız, abırlı adamları çoxmu görüb?)

Quluzadə iddia edir ki, Əliyev onu yüngül məzəmmət eləmişdi… Biz bilirik ki, Heydər Əliyev onun başına qapaz da vura bilərdi. Ancaq deyirsə ki, vurmayıb, ancaq yüngül məzəmmət edib, qoy olsun. Sonra deyir ki, bu məzəmmətdən sonra onunla işləyən adamlar ondan gen durmağa başladılar, hətta yaxın dostları küçədə onu gürəndə yollarını dəyişirdilər…

Deməli, qapaz olub, yüngül məzəmmət yox…

Mən heç bilmirdim ki, Quluzadə mədəniyyət şöbəsinin müdiri olub. İndi baxın: konfrans keçirilən vaxt, oktyabr ayında, Azərbaycanın pambıq əkilən bütün rayonlarında 5-10-cu siniflər pambıq yığımında olublar. Bütün birinci rübü. Bəzən pambıq yığımı ikinci rübün əvvəlində də davam edib. Mədəniyyət həm də maarif deyilmi? Dərs ilinin iki-üçü ayını tütünı, pambığa, üzümə, baramaya görə bağlanan məktəbdə təhsilin keyfiyyəti nə səviyyədə olar? Bunun Vəfa Quluzadəyə dəxli vardı? Azərbaycan uşaqlarının taleyi, onların təhsildən yayınmaqları və uşaq əməyinin istismarı onu narahat edibmi?

Götürək bilavasitə mədəniyyəti.

Yuz Aleşkovskinin Stalinə həsr rtdiyi satirik şeirdə belə misra var: “Biz yoldaş Stalinə özümüzə inandığımızdan daha artıq inanırdıq”.

Xalqımız Bəxtiyar Vahabzadə özündən çox inanır. Ona görə akademik şairə əsaslanım.

Elə 1980-ci ya da 1979-cu ildə Bəxtiyar Vahabzadə universitetdə bizə ixtisas kursu keçərkən deyirdi: “Mən dünaynın hansı ölkəsində olmuşamsa, oranın teatrlarına getmişəm. Rusların özfəaliyyət teatrının səviyyəsi bizim akademik teatrın səviyyəsindən çox üstündür”.

Bunu öz pyesləri də “akademik” teatrda oynanılan adam deyirdi.

Vəfa Quluzadə Azərbayanda mədəniyyətə rəhbərlik edən vaxtlar Azərbaycanın mədəniyyəti nə vəziyyətdə idi? Daha doğrusu, nə gündə idi?

70-ci illərin ikinci yarısı: səsini və abrını itirmiş Zeynəb Xanlarova. Həftə səkkiz mən doqquz televizorda.

“Leyli və Məcnun” operasında Məcnun rolunu Mais Salmanov ifa edir, çünki o, Fərman Salmanovun qardaşıdır…

“Qaya” ansamblı get-gedə deqredasiyaya uğrayır…

Vaqif Mustafazadə bəlkə də məcburən, bəlkə də öz xoşu ilə caz musiqiçisindən “popsa” ifaçısına çevrilir, yöndəmsiz, yoğun, yekə sinəli, zəif səsli arvadlardan ibarət dəstəni yığır başına, hər həftə AzTV-dədirlər…

Xalq çalğı alətləri orkestri: Nəriman Əzimov rəhbərlik eləyən bu orkestrin ifasını  türmələrdə işgəncə vasitəsi kimi tətbiq eləmək oardı (əslində Azərbaycan elə o vaxt türmə idi). Əzimov orkestrə yeni xalq aləti də salmışdı: kontrabas…

Çəkisi 200 kq-yə yaxınlaşmış Şövkət Ələkbərova böyrü üstə royala yıxılaraq fonoqram altında ağzğnı açıb-yumur. Həftədə iki dəfə AzTV ilə…

Niyazinin orkestri elə çılırdı ki, yaşlı adamların yadına dəmirçixanalrdan gələn səsləri salırdı…

Operada Lütfiyar İmanov… Odun yerinə kül… Bülbüldən sonra…

Vəfa Quluzadənin Azərbaycan mədəniyyətinə xidməti nədən ibarət olub?

Konfranslarda zalların dolmağını təmin etmək. Bunun üçün ”qorkomların”, “raykomların” üstünə əhdəlik qoymaq, üstəlik “rezerv” yaratmaq…

Mənim xalqım bu adama dahi deyir…

Biz kimlərə dahi demirik…

 

 07. 06. 2026, Samara

+++++++++++++++++++++++++++++==

Heydər Əliyevin konfransda çıxışının mətniin bir hissəsi burda:

«ДРУЖБА НАРОДОВ — ДРУЖБА ЛИТЕРАТУР». РЕЧЬ Г. АЛИЕВА. ОКТЯБРЬ, 1980