Quduz dalğalardan zədəli, zəlil
Gəminin quruya çatdığı andan
Tanrı ünvanına alqış yağdıran,
Gəmiçi də mən tək bəxtəvər deyil.
Boynu həlqədəydi dustağın, indi
Azadsa, bəxtəvər deyilmi insan?
Mən daha xoşbəxtəm, ağamla çoxdan
Döyüşən qılınclar çünki qındadır.
Sevgi vəsf edənlər, sevgili yara,
Nəğmə kim qoşubsa, şərəfləndirin,
Bir vaxt çıxıbsa da yolundan hərçənd.
Çünki seçilmişlər səltənətində,
Tövbə edib dönən günahkarlara
Şərəf çoxdur doxsan doqquz mömindən.
İtalyancada tərcümə
04-07. 07. 2026, Samara
+++++++++++++++
FRANCESKO PETRARKA
Piú di me lieta non si vede a terra
nave da l’onde combattuta et vinta,
quando la gente di pietà depinta
su per la riva a ringratiar s’atterra;
né lieto piú del carcer si diserra
chi ’ntorno al collo ebbe la corda avinta,
di me, veggendo quella spada scinta
che fece al segnor mio sí lunga guerra.
Et tutti voi ch’Amor laudate in rima,
al buon testor degli amorosi detti
rendete honor, ch’era smarrito in prima:
ché piú gloria è nel regno degli electi
d’un spirito converso, et più s’estima,
che di novantanove altri perfecti.
