UİLYAM ŞEKSPİR. 25-Cİ SONET

shakespear

                                                  Let those who are in favor with their stars

 Xoşbəxt ulduz altda doğulubsa kim,
Öyünsün adıyla, şan-şərəfiylə.

Bundan mərhum edib mənisə bəxtim,

Məhəbbətimdədir sevincim elə.

 

Kimə qismət olur şah himayəsi,

Açılır günəşə gülünbahar tək.

Bircə əyiri baxış solmağa bəsi,

Ləçəklər qürrəni dəfn eləyəcək.

 

Qanıyla min zəfər qazanmış əsgər,
Əgər uduzarsa bircə döyüşü.

Şərəf kitabından adı silinər,

Hamı da unudar gördüyü işi.

 

            Sevir, sevilirəm, bəxtəvərəm mən,         

            Heç kəs ala bilməz bunu ılimdən.

 

İngiliscədən tərcümə

12.01.2018

Samara

Реклама